Region KİV-ləri maarifləndirilir
Tarix: 27.11.2014 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Dünən Xaçmazda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun şərhi sahəsində region KİV-lərinin maarifləndirilməsi” mövzusunda regional konfrans keçirilib.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şimal bölgəsində fəaliyyət göstərən KİV-lərin təmsilçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri iştirak ediblər. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli regional konfransın məqsədinin informasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı maarifləndirməni həyata keçirməkdən, informasiya almaq hüququnun səmərəliliyini təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri olduğunu vurğulayan V.Səfərli KİV-lərin inkişafına və fəaliyyətinin təkmilləşdirilməsinə dövlət dəstəyinin müasir dövrün tələblərindən birinə çevrildiyini diqqətə çatdırıb.
Jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə dövlətimiz tərəfindən müxtəlif tədbirlərin həyata keçirildiyini bildirən V.Səfərli Bakı şəhərində jurnalistlər üçün 17 mərtəbəli yaşayış binasının inşa edilərək istifadəyə verildiyini, daha bir binanın isə tikilməkdə olduğunu söyləyib.
Digər çıxışlarda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrası istiqamətində dövlət qurumları, bələdiyyələr və jurnalistlər qarşısında duran vəzifələrdən danışılıb. Tədbirdə çıxış edən regional KİV-lərin təmsilçiləri mövzu ilə bağlı təkliflərini səsləndirib, onları narahat edən məsələlər barədə ekspertlərə suallar ünvanlayıblar. Konfrans iştirakçılarına fondun maliyyə dəstəyi ilə çap edilən “İnformasiya əldə etmək haqqında” qanunvericilik kitabçası paylanılıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info