“Azərbaycan ilk Avropa Oyunlarına hazırdır”
Tarix: 27.11.2014 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Fransada işgüzar səfərdə olan gənclər və idman naziri Azad Rəhimov Parisdə bir sıra görüşlər keçirib. Məlumata görə, Fransa şəhər, gənclər və idman naziri Tierri Brayarla görüşdə son vaxtlar ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən idman sahəsində əməkdaşlığın inkişaf etdiyi qeyd olunub.
A.Rəhimov diqqətə çatdırıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini fransızlara daha yaxından tanıtmaq məqsədilə Parisdə və Fransanın digər regionlarında tədbirlər keçirir. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xatırladan A.Rəhimov ilk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsinin heç də təsadüfü olmadığını qeyd edib.
Fransalı nazir Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına ölkəsinin xüsusi önəm verdiyini deyib. O, hazırlıq işlərində fransız şirkətlərinin iştirak etməsinin ölkələrimiz arasında əlaqələrin inkişafının təzahürü olduğunu vurğulayıb. Sonda Azad Rəhimov fransalı həmkarını Avropa Oyunlarında iştirak etmək üçün ölkəmizə dəvət edib. Fransa Milli Olimpiada və İdman Komitəsində keçirilən görüşdə qurumun sədri Denis Masseglia Azərbaycana səfər etdiyini, ölkəmizlə tanışlığın onda böyük təəssürat yaratdığını deyib, Azərbaycanın 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına hazır olduğunu diqqətə çatdırıb. Fransanın da bu oyunlara yüksək səviyyədə hazırlaşdığını deyən sədr qeyd edib ki, ölkəsi Bakıda keçiriləcək oyunlarda 350 idmançı ilə təmsil olunacaq. Azad Rəhimov Avropa Oyunlarına hazırlıq işləri barədə məlumat verərək bildirib ki, Avropa Oyunları idmanın 20 növü üzrə keçiriləcək. Bu oyunlardan 16-nın olimpiya, dördünün isə qeyri- olimpiya oyunları olduğunu diqqətə çatdıran nazir 39 ölkənin nümayəndəsinin Avropa Oyunları komitəsində çalışdığını vurğulayıb. Sonda Fransanın kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən mətbuat konfransında jurnalistlərin suallarına ətraflı cavab verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”
18.02.2019
“Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq”
18.02.2019
“Moskvadakı insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq cəhdi idi”
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info