“Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri böyükdür”
Tarix: 27.11.2014 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bu ölkənin keçmiş Prezidenti Leonid Kuçma ilə görüşüb. Səfir britaniyalı yazıçı Graeme Vilsonun müəllifi olduğu “Heydər Əliyev və Azərbaycanın yüksəlişi, enişi və yenidən dirçəlişi” kitabını sabiq Prezidentə təqdim edib. Müəllif kitabda Ukraynanın keçmiş prezidentləri Leonid Kravçuk və Leonid Kuçma ilə görüşü və onlardan aldığı müsahibələrdən də istifadə edib. Kitabda Ukraynanın keçmiş prezidentlərinin Heydər Əliyevin uca şəxsiyyəti, çətin illərdə Azərbaycan dövlətçiliyini xilas etməsi, daxili və xarici siyasətin möhkəm təməlini yaratması ilə bağlı fikirlərinə geniş yer verilib. Eynulla Mədətli Leonid Kuçmaya Azərbaycan və ümummilli lider Heydər Əliyev haqqındakı dəyərli fikirlərinə görə təşəkkür edib. Görüşdə diplomat Azərbaycanın görkəmli yazıçıları Mir Cəlalın və Mirzə Fətəli Axundzadənin səfirlik tərəfindən Ukrayna dilinə tərcümə və nəşr etdirilmiş kitablarını Leonid Kuçma Fonduna hədiyyə edib. Söhbət zamanı Leonid Kuçma bir daha Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında böyük xidmətlərinin olduğunu, onun siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Səfir ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işləri, regionda həyata keçirilən irimiqyaslı layihələr barədə Ukraynanın keçmiş Prezidentinə ətraflı məlumat verib, Azərbaycan-Ukrayna münasibətlərinə dair fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info