Onun badına ikili vətəndaşlığı olan
ermənilər də gedəcək...
Karapet Artunyan adlı erməni ABŞ-da bir şirkəti öz adına qeydiyyatdan keçirib və maliyyə direktoru olduğu firmanı yeddi il ərzində “barmağına sarıyıb”. Belə ki, ABŞ-ın Nyu-Cersi ştatının Enqlvud şəhərindəki şirkətin maliyyə direktoru olan erməni 6,3 milyon dolları mənimsəməkdə və özü-özünə gizli ödəniş həyata keçirməkdə ittiham olunur.Bu barədə araşdırmanı Federal Təhqiqatlar Bürosu aparıb.
Bu barədə “NJ.com” saytı məlumat verir. Beləliklə, 50 yaşlı Karapet Artunyanı, 2007-ci ildən başlayaraq, 2014-cü ilin aprelinə qədər elektron kommunikasiya vasitələrindən istifadə etməklə fırıldaqçılığa görə 20 ilədək həbs cəzası gözləyir. Prokuratura erməninin maliyyə direktoru işlədiyi şirkətin adını açıqlamaqdan imtina edib. Amma “NorthJersey.com” saytı “Facebook”dakı açıqlaması ilə məlumat verir ki, erməni “Harco Industries” şirkətində maliyyə direktoru vəzifəsində çalışıb. Prokurorların sözlərinə görə, Artunyan şirkəti «MGB» adı altında öz ev ünvanına qeydiyyata saldırıb və bildirib ki, şirkət yüklərin daşınması xidmətləri göstərir. Daha sonra isə o, elə edib ki, maliyyə direktoru işlədiyi şirkət, baş icraçı direktorun imzası olan çekləri ona göndərsin. O, alınan pulları şəxsi məsrəflərinə, kredit kartlarına ödənişlərə, ipoteka ödənişlərinə, avtomobil və məktəb xərclərinə sərf edib.
Hakim Ceyms Klark müəyyənləşdirib ki, Artunyan 500 min dollar ödəyənə qədər, elektron qurğulu nəzarət tətbiq edilən ev dustaqlığı şəraitində qalacaq. İkili - ABŞ və Ermənistan vətəndaşlığı olan kişilərin də pasportlarını təhvil vermələri əmr edilib.
Qeyd edək ki, ermənilərin xarici ölkələrdə bu cür barbarlıqları, cinayətləri, qətlləri və soyğunçuluqları çox tez-tez baş verən və adidən adi hal hesab edilir. Bütün bu erməni cinayətləri isə bir daha bu xalqın nələrə “qadir” olduğunu ortaya qoymuş olur...
İlkin AĞAYEV
|