“2015-ci ildə kənd təsərrüfatı məhsullarımızın Rusiyaya ixracını 2 dəfə artırmaq niyyətindəyik”
Tarix: 28.11.2014 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Türkiyə 2015-ci ilin sonunadək kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracını (hazırda 1,3 mlrd dollar təşkil edir) 2 dəfə artırmaq niyyətindədir.
“RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə iqtisadi-ticarət əməkdaşlığı üzrə Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədri, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
“Rusiya-Türkiyə münasibətləri özgələrin zəifliyi üzərində qurulmur. Düşünmək lazım deyil ki, biz boşaldılan sahələri doldururuq, bizim addımlarımız əvvəlcədən planlaşdırılıb. Biz 2015-ci ilin sonunadək kənd təsərrüfatı məhsullarımızın Rusiyaya ixracını 2 dəfə artırmaq niyyətindəyik. Hazırda kənd təsərrüfatı məhsullarımızın Rusiyaya ixracının həcmi 1,3 mlrd dollar təşkil edir”, deyə Taner Yıldız “Sputnik” radiostansiyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, xüsusi aktivlik süd, süd məhsullarının, yumurta və quş ətinin ixracında olmalıdır. “Bizim müəssisələr artıq lazımi akkreditasiyanı keçib, onların qarşısında ixrac üçün heç bir maneə yoxdur”, deyə nazir bildirib.
Qeyd edək Rusiya Moskvaya qarşı sanksiya edən ölkələrdən – ABŞ, Aİ ölkələri, Kanada, Avstraliya və Norveçdən ərzaq məhsullarının idxalına bir illik qadağa qoyub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info