Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosu açılıb
Tarix: 28.11.2014 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondu və Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin dəstəyi ilə Lüksemburqda “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılış mərasimi keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, informasiya bürosunun açılışının əsas məqsədi Azərbaycan mədəniyyətinin, eyni zamanda Qarabağla bağlı həqiqətlərin Lüksemburqda, eləcə də bütün Avropada daha geniş kütləyə çatdırılmasıdır.
Qeyd edək ki, “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyası 2011-ci ildən bəri Lüksemburqda fəaliyyət göstərir.
Tədbirdə Lüksemburqda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, Lüksemburq Xarici İşlər Nazirliyinin baş katibinin müavini Leo Faber, Lüksemburqun digər dövlət qurumlarının nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri və jurnalistlər iştirak ediblər.
Lüksemburqun mərkəzi küçələrindən birində yerləşən bu informasiya bürosu və onun tərkibinə daxil olan sərgi zalı vasitəsi ilə ölkəmiz, eləcə də işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı tarixi, mədəni, turistik məlumatların yerli əhaliyə çatdırılması, mütəmadi şəkildə müvafiq tədbirlərin təşkili nəzərdə tutulur. İnformasiya bürosu istənilən ziyarətçi üçün hər zaman açıqdır və Azərbaycanla bağlı zəngin ədəbiyyata – müxtəlif kitablar, jurnallar, audio və video materiallar, broşürlər və s. əyani vəsaitlərə malikdir. İnformasiya bürosunun yüksək zövqlə hazırlanmış dekorasiyası Azərbaycan mədəniyyəti və incəsənətinin bir çox elementlərini özündə əks etdirir.
Tədbirdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev, millət vəkili Fuad Muradov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, səfirliyin müşaviri Fərəh Gözəlova və “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Lea Linster çıxış ediblər.
R. Rzayev assosiasiyanın yaradılmasında və fəaliyyətində əməyi keçən hər bir kəsə təşəkkürünü bildirib və bu kimi təşkilatların fəaliyyətinin avropalıların Azərbaycan həqiqətləri barədə məlumatlandırılması baxımından əhəmiyyətini önə çəkib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info