Ukrayna XİN jurnalistləri Azərbaycan qanunlarına hörmət göstərməyə çağırıb
Tarix: 28.11.2014 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Ukrayna Xarici İşlər Nazirliyi ölkə jurnalistlərini nazirliyin tövsiyələrinə əməl etməyə və Dağlıq Qarabağa səfərlə bağlı Azərbaycan tərəfinin müəyyənləşdirdiyi qaydalara hörmət göstərməyə çağırıb. Bunu Ukrayna XİN-in mətbuat katibi Yevgeni Perebiynıs yerli “1+1” telekanalında yayımlanan verilişlə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin etiraz notasını “Ukrinform”a şərh edərkən deyib.
“Biz Azərbaycan tərəfinə məlumat verəcəyik ki, saytımızda sözügedən regiona səfər etmək üçün mütləq Azərbaycanın müvafiq orqanlarının razılığını almağın vacibliyinə dair tövsiyə yerləşdirilib. Biz hər zaman jurnalistləri bu normalara əməl etməyə çağırırıq”, - deyə o, söyləyib.
Y. Perebiynıs bildirib ki, ukraynalı jurnalistlər Azərbaycan Respublikasının qanun-qaydalarını pozublar, eləcə də Ukrayna XİN-in tövsiyələrinə əməl etməyiblər: “Bu, özəl telekanaldır və biz əlbəttə ki, onlara hər hansı direktiv verə bilmərik. Lakin istənilən halda biz bütün jurnalistləri bu normalara əməl etməyə çağırırıq. Mövqeyimizi bir daha telekanalın rəhbərliyinə çatdıracağıq”.
Xatırladaq ki, “1+1” telekanalının “15 respublika” adlı proqramında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən birtərəfli və həqiqətdən uzaq fikirlər səslənib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Массовый побег армян в Россию
23.07.2019
Müxalifətin başı daxili “düşmənlərə” qarışıb
22.07.2019
“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair Dövlət Proqramı” qəbul edilib
22.07.2019
Elmar Məmmədyarov Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib
22.07.2019
Müxalifətin “nailiyyətsizlik sindromu”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info