H.Hüseynova: “Məqsəd ailə institutunun inkişafına nail olmaqdır”
Tarix: 28.11.2014 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik” mövzusunda konfrans başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Azərbaycanın iqtisadi-sosial sahədə dəyişikliklərin mənəvi-psixoloji mühitə də təsir göstərdiyini deyib: “Ona görə də Azərbaycanın qüdrətlənməsi ilə bərabər digər sahələrdə çatışmazlıqların aradan qaldırılması üçün səylərimizi birləşdirməliyik. Ailə institutunun möhkəmləndirilməsi mühüm yer tutur. Azərbaycan cəmiyyətinin 51 faizi qadınlardır. Ona görə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifə dayanır. Əgər cəmiyyətlə neqativ hal baş verirsə, radikallaşmış qrup varsa, o qurum cəmiyyətin içərisindədir, hansısa ailəyə bağlıdır. Onların da anaları, bacıları var və həmin radikalların onlara təsir göstərmək imkanı var. Ailə institutu, islami dəyərlərimizin qorunması məsələsi müzakirə olunacaq”.
M. Qurbanlı Azərbaycanda dini abidələrin bərpasının diqqət mərkəzində olduğunu, hazırda Bakıda Cənubi Qafqazda ən böyük məscidin tikildiyini nəzərə çatdırıb. Azərbaycan Prezidentinin dini icmalar üçün vəsait ayrılması barədə sərəncam verdiyini xatırladan M. Qurbanlı bildirib ki, bu vəsait dini icmalar vasitəsi ilə maarifləndirmə işinə yönəldiləcək.
M. Qurbanlı tədbirdən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2015-ci il üçün Fəaliyyət Planı imzalanacağını açıqlayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın vacib bir məsələyə həsr olunduğunu qeyd edib: “Azərbaycan ailəsi həmişə uzun ömüromürlüyü ilə seçilib. Bu, adət-ənənənin qorunub saxlanılması və müasirliyin uzlaşmasından irəli gəlir. Azsaylı xalqlar Azərbaycanda böyük ailənin üzvləri üçün mehriban şəraitdə yaşayırlar. Bu konfransın ənənəvilik və müasirlik kontekstdə keçirilməsi də ailə institutunun güclənməsinə xidmət edir”.
H. Hüseynova qeyd edib ki, ailələrin qorunması üzrə həyata keçirilən layihələrdən biri də əhalinin sağlamlığı istiqamətində görülən işlərdir: “Ailənin inkişafı, qadın və uşaqların hüquqlarının müdafiəsi 2020-ci illə bağlı İnkişaf Strategiyasında əksini tapıb. Bununla bağlı Ailə Strategiyasının, Uşaq Strategiyasının, ailə psixoloqu institutunun yaradılması nəzərdə tutulur. Biz fərəh hissi ilə deyə bilərik ki, Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab edilir. Artıq biz BMT İnkişaf Proqrammı ilə Azərbaycan ailə filmləri festivalını keçiririk. Məqsəd mili-mənəvi dəyərlərin gənclər arasında təbliği və ailə institutunun inkişafına nail olmaqdır. Azərbaycanda kifayət qədər nümunəvi ailələr var. Ancaq təəssüf ki, bizim mediada nümunəvi olmayan ailələr barədə məlumatlar işıqlandırılır, şoular təşkil edilir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info