Azərbaycan, Türkiyə və Gürcüstan parlamentariləri əməkdaşlığı möhkəmləndirirlər
Tarix: 28.11.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentarilərinin görüşü keçirilib. Gürcüstan parlamentinin mətbuat xidmətindən “Trend”ə verilən məlumata görə, görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə parlamentinin Xarici işlər komitəsinin sədri Əhməd Berat Çokar və hər iki parlamentin komitə üzvləri iştirak ediblər.
Gürcüstan tərəfini görüşdə İqtisadiyyat və Energetika nazirliklərinin nümayəndələri, gürcü ekspertlər təmsil edib.
Tədbirdə xarici siyasət, parlamentlərarası əməkdaşlıq, iqtisadiyyat, investisiyalar, mədəniyyət, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.
İclas iştirakçılarının qeyd etdikləri kimi, üç ölkə arasında qarşılıqlı münasibətlər intensiv inkişaf edir. Bunu prezidentlərin, baş nazirlərin, xarici işlər nazirləri və parlament sədrlərinin mütəmadi keçirilən üçtərəfli görüşləri sübut edir. İndi belə görüşlərin artıq parlament komitələri sədrləri səviyyəsində keçirilməsi çox əhəmiyyətlidir.
Parlamentlərarası ilk üçtərəfli görüş bu il aprelin 22-də Bakıda keçirilib. Parlament komitələri nümayəndələrinin növbəti görüşünün Ankarada keçirilməsi planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir
17.06.2019
Latviyanın bütün ali məktəblərində tədris latış dilində olacaq
16.06.2019
Əkrəm İmamoğlu və Binali Yıldırım canlı debatda
16.06.2019
Çin liderindən Ərdoğana gözlənilməz təklif

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info