“Telekanallarla, media qurumları ilə dövlət orqanları birgə Fəaliyyət Planı həyata keçirmək lazımdır”
Tarix: 28.11.2014 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


“Bu gün mənəvi, siyasi, iqtisadi, ümumiyyətlə, çox ciddi təsirlər qarşısındayıq. Bu təsirlərin qarşısında dayanmaq hər bir xalqın müqavimət gücündən asılı olacaq”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik” mövzusunda keçirilən konfransda Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, bu problemlərin çoxu kənardan gəlir, Azərbaycan xalqının istəklərindən doğan problemlər deyil: “Xaricdə baş verən proseslərin Azərbaycanda təkrarlanmasında müəyyən məqsəd güdən, kənardan ailə institutuna təsir etməklə Azərbaycanda ziddiyyətlər yaratmağa çalışan insanlar, qruplar var. Biz bu təsirlərə qarşı vahid güc kimi çıxmağı bacarmalıyıq və çıxırıq. Ona görə də ailə institutunu qorumaq, mili-mənəvi, dini dəyərləri hüquqi çərçivədə reallaşdırmağın yolunu cəmiyyətə aşılamalıyıq. Biz insanların əməllərinə hüquqi baxımdan qiymət veririk. Ancaq çox zaman Azərbaycanda ictimai qınağın gücü hüquqi məsuliyyətdən daha güclü olur”.
B.Muradova bildirib ki, yalnız elmi bilik əldə etməklə, savadlı insanın fanatizmə yuvarlanmayacağına inanmayaraq iş qurulmalıdır: “Bu gün qadınlara qarşı zorakılıqdan danışırıq, amma bu zorakılıq çox zaman kişilərin özünə qarşı qayıdır. Qadınlar bu və ya digər cinayət əməllərinə yol verərək narkotik vasitələrin yayılması, oğurluq və quldurluq hadisələrinin törədilməsinə cəlb olunurlar. Cəmiyyətimiz isə bu və ya digər səhvi, cinayəti kişiyə bağışlayır, qadına bağışlamaq istəmir. Biz bu barədə düşünməliyik ki, qınaq gücümüz necə olmalıdır. Bu gün televiziya verilişlərindəki şoular məni narahat edir. Sanki telekanallar bir-biri ilə yarışaraq bu problemlərlə üzləşən ailələrin, insanların linç edilməsinə çalışırlar, hər kəs aqressiyasını yönəltməyə obyekt axtarır. Ailə daxilində danışılması mümkün olmayan məsələlər efirdə qabardılır. Bəlkə də Azərbaycanda fəaliyyət göstərən telekanallarla, media qurumları ilə dövlət orqanları birgə Fəaliyyət Planı həyata keçirmək lazımdır”.
Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov isə qeyd edib ki, cəmiyyət ailələrdən ibarətdir, ailə özü də bir dövlətdir: “Ailənin də dini, iqtisadiyyatı, siyasəti var. Bu məsələlər doğru həll olunanda, ailə möhkəm olanda dövlət də möhkəm olur”.
F.Heydərov bildirib ki, ailə müasir dövrün tələblərinə cavab verirsə, dövlət də müasir tələblərə cavab verir: “30 yaşa qədər olan gənclik Azərbaycanın düşdüyü çətin vəziyyəti görməyib. Ermənistanın işğalı nəticəsində torpaqlar itirdik, qurbanlar verdik. Güclü rəhbərin olmaması bizi o vəziyyətə salmışdı. Nəyə görə 15 respublika içərisində yalnız Azərbaycan bu məhrumiyyətlərə düçar oldu? Ona görə də ki, ağsaqqal, rəhbər olmadı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan çətin vəziyyətdən çıxdı, uğurlara imza atdı. Bu gün prezident İlham Əliyev Heydər Əliyev yolu ilə hərəkət edərək böyük uğurlar qazanır. Ağsaqqal sözünə böyük ehtiyacı olan cəmiyyətimiz var”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info