Bu günə kimi 3 mindən çox azərbaycanlı gənc xaricdə təhsil almaq hüquq qazanıb
Tarix: 28.11.2014 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu günə kimi 3 mindən çox azərbaycanlı gənc xaricdə təhsil almaq hüququ qazanıb. Təhsil naziri Mikayıl Cabbarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşündə çıxışı zamanı deyib ki, hazırda proqramın məzunları istər dövlət, istərsə də özəl sektorda çalışaraq ölkənin iqtisadi inkişafına öz töhfələrini verirlər. Nazir bildirib ki, əsas məqsəd Azərbaycanın ali təhsil sistemini təkmilləşdirmək və aparıcı dünya standartlarına çatdırmaqdan ibarətdir: “Ölkənin ali təhsil sisteminin Boloniya prosesinə qoşulması ilə bağlı 2009-cu ildən başlayaraq ali təhsilin bakalavriat, 2011-ci ildən isə magistratura pilləsində kredit sisteminin tətbiqinə başlanıb. 2010/2011-ci tədris ilindən başlayaraq ali məktəblərdə kadr hazırlığı adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilib, yeni universitet və akademiyalar yaradılıb, ixtisas proqramları Avropa standartlarına uyğunlaşdırılır. Tanınmış xarici universitetlərin Azərbaycanda filiallarının təşkil olunması prosesi gedir və bu istiqamətdə növbəti addımlar atılacaq. Cari tədris ilindən etibarən ali məktəblərdə Təhsil Nazirliyinin təşəbbüsü olan SABAH qrupları layihəsi həyata keçirilir”. Nazir əlavə edib ki, iclasda təmsil olunan ölkələrin hər birində təhsilin inkişafı istiqamətində işlər görülür. Onun sözlərinə görə, qloballaşan dünyanın sürətlə dəyişən dinamikasını tutmaq üçün bu görüş fikir və təcrübə mübadiləsi aparmaq baxımından çox faydalı və səmərəli olacaq: “Qloballaşma prosesində türkdilli ölkələr müşahidəçi kimi deyil, fəal iştirakçı kimi rol oynamalı və buradan fayda götürməlidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təhsil sahəsində fəaliyyətinin müsbət nəticə verməsi üçün əlverişli imkanlar mövcuddur. Türk Akademiyası və Türk Universitetlər Birliyi ölkələrin təhsil müəssisələrində qarşılıqlı əməkdaşlıq, təcrübə paylaşması, müəllim-tələbə mübadiləsi və elmi-tədqiqatlar üçün əlverişli imkanlar yarada bilər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info