Moskva məktəblərində “Azərbaycan Günləri” keçirilir
Tarix: 28.11.2014 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu (AMİİ) və Azərbaycan Slavyan Gəncləri Assosiasiyası Rusiya nümayəndəliyinin təşkilatçılığı, Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə həyata keçirilir. İlkin mərhələdə layihə üzrə təlimlər Moskva şəhərinin 2030 saylı orta məktəbində keçirilib. Layihə çərçivəsində şagirdlərə Azərbaycan mədəniyyəti Tarixi ədəbiyyatı, Dövlət atributları, Görməli gəzməli yerləri, Coğrafiyası haqqında məlumat verilib, Rusiyada yaşayan azərbaycanlı müəllimə Səbinə Rəhimova şagirdlərə Azərbaycan dilinin zənginliyindən söhbət açıb. Çıxışı zamanı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun rəhbəri Şamil Tağıyev 2015-ci il 1 Avropa olimpiadasının Bakıda keçiriləcəyini bildirərək Rusiyalı şagirdləri Azərbaycana dəvət edib. ASGA Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili çıxış edərək Rusiyadakı Azərbaycan diasporundan söz açdı. Bildirdi ki, Heydər Əliyev fondunun vitse prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyeva tez-tez Rusiyanın müxtəlif bölgələrində uşaq evlərini məktəbləri ziyarət edir: “Leyla xanım Əliyevanın təşəbbüsü ilə Astarxan şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan məktəb və uşaq bağçası yenidən tikilərək şagirdlərin istifadəsinə verilib. Biz də Azərbaycan Slavyan Gəncləri Assosiasiyası olaraq Azərbaycan və Slavyan xalqları arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlimizdən gələni edirik” Sonda şagirdlərə Azərbaycanın milli mətbəxinin təamları, Rus dilində Azərbaycanı təbliğ edən AMOR İRS VƏ BAKU jurnalları hədiyyə edilib Tədbir artıq 4 dəfədir keçirilir. Layihənin hər ay bir məktəbdə keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu (AMİİ) və Azərbaycan Slavyan Gəncləri Assosiasiyası arasında cari ilin oktyabr ayında Azərbaycan mədəniyyətinin Rusiyada təbliğinin təşkili və birgə layihələrin reallaşdırılması ilə bağlı ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info