Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin növbəti toplantısı keçirilib
Tarix: 28.11.2014 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


İtaliyanın Florensiya şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin VIII toplantısı keçirilib. Toplantıda Mərkəzin həmsədrləri Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, o cümlədən Finlandiyanın sabiq dövlət başçısı Tarya Halonen və Serbiyanın eks-prezidenti Boris Tadiç iştirak edib. İclasda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hesabatı dinlənilib, təşkilatın 2015-ci il üçün nəzərdə tutulan büdcəsi, N.Gəncəvi irsinin araşdırılması, “Xəmsə”nin xarici dillərdə nəşri məsələləri, 2015-ci ilin aprel ayında keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə edilib.
Qeyd edək ki, 2012-ci ildə təsis olunmuş Mərkəzin əsas məqsədi Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvi irsinin araşdırılması və onun dünyada təbliğ olunmasıdır. Bu və digər istiqamətlərdə bir sıra təşkilatlarla əməkdaşlıq edən Mərkəzin ən böyük layihəsi Qlobal Müştərək Cəmiyyətlər Forumudur. 2013-cü ildən keçirilən Qlobal Müştərək Cəmiyyətlər Forumu Madrid Klubu ilə əməkdaşlıq çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info