Sankt-Peterburqda təhsil alan azərbaycanlı gənclərlə görüş keçirilib
Tarix: 28.11.2014 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun və “Naxçıvan” azərbaycanlıların dostları milli-mədəni birliyi” Regional İctimai Təşkilatının təşəbbüsü ilə bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrlə görüş təşkil olunub. Gənclərlə görüşə Rusiya Federal Miqrasiya Xidməti İdarəsinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli nümayəndəsi Vitaliy İlçenko dəvət olunub.
Tədbirdə Azərbaycanlı tələbələrin Sankt-Peterbuqrda bu ölkənin mədəniyyətinə, adət-ənənəsinə, yerli miqrasiya qanunlarına, şərtlərinə və yaşayışına adaptasiyası məsələləri, tələbələrin qarşılaşdığı problemlər müzakirə edilib.
Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Elşad Qulamov bu təşəbbüsü dəstəklədiyi üçün “Naxçıvan” azərbaycanlıların dostlarının milli-mədəni birliyi” Regional İctimai Təşkilatının sədri İdris Qəhrəmanova təşəkkür edib. Daha sonra E.Qulamov bu şəhərdə yaşayan azərbaycanlıların, eləcə də tələbələrin Azərbaycan dövlətinin iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafına yönəlmiş siyasətini dəstəklədiyini bildirib. Baş konsul həmçinin, bu görüşün azərbaycanlı tələbələrin problemlərinin həlli istiqamətində faydalı olacağına ümid etdiyini deyib.
İdris Qəhrəmanov rəhbərlik etdiyi qurumun hər zaman milli və millətlərarası həmrəyliyi dəstəklədiyini vurğulayaraq Sankt-Peterbuqrun ali məktəblərində təhsil alan soydaşlarımıza kömək etməyə, həmçinin yerli miqrasiya xidməti ilə birgə hüquqi yardım göstərməyə hazır olduğunu deyib.
Rusiya Federal Miqrasiya Xidməti İdarəsinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli nümayəndəsi Vitaliy İlçenko təmsil etdiyi qurumun fəaliyyətindəki dəyişikliklər barədə məlumat verdikdən sonra gəncləri narahat edən sualları cavablandırıb. V.İlçenko Rusiya Federasiyasının miqrasiya qanunlarını bilməyin və bu qanunlara riayət etməyin vacibliyini vurğulayıb.
Tədbirin sonunda Azərbaycan tələbə təşkilatları şurasının yaradılması təşəbbüsü dəstəklənib və şəhərin müxtəlif təhsil ocaqlarında oxuyan azərbaycanlı gənclərdən ibarət şura üzvləri seçilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Muxtar respublika üzrə 760 nəfərə birdəfəlik maddi yardım ödəniləcək
26.04.2019
28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib
26.04.2019
Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində mühüm addımlar atılır
26.04.2019
Mərkəzi Bank uçot dərəcəsini yenə azaltdı
26.04.2019
Çernobıl əlillərinə birdəfəlik maddi yardım ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10760

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
5 Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info