Məişət zorakılığının qarşısının alınmasında dini qurumların potensialından istifadə ediləcək
Tarix: 28.11.2014 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında birgə işin təşkilinə dair 2015-2016-cı illər üçün tədbirlər planı imzalanıb. Sənəd hər iki Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda keçirilən konfrans çərçivəsində imzalanıb. Planı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova imzalayıblar.
Sənəddə qeyd olunur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə institutunun möhkəmləndirilməsi məqsədilə milli-mənəvi dəyərlərin əhali arasında düzgün təbliğinin, qadın və uşaq hüquqları sahəsində maarifləndirmənin zəruriliyini, gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasının vacibliyini etiraf edərək, bu istiqamətlərdə dini qurumlarla və icmalarla əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək bir sıra tədbirlərin birgə həyata keçirilməsi barədə razılığa gəlirlər.
Respublika ərazisində qadın və uşaq hüquqlarının qorunmasında, eləcə də məişət zorakılığının qarşısının alınmasında dini qurumların potensialından istifadə mövzusunda seminar-treninqlər, ailə institutunun qorunması, eləcə də milli-mənəvi dəyərlərin təbliği sahəsində beynəlxalq və respublika səviyyəsində müsabiqələr təşkil ediləcək.
Eləcə də, dini qurumların və aidiyyəti qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, dindarlar üçün qadın və uşaq hüquqları sahəsində maarifləndirici təlim kursları və mühazirələrin, erkən nikahlarla bağlı maarifləndirmə işinə dini icmaların cəlb edilməsi məqsədilə dini konfessiyaların nümayəndələri üçün treninqlərin keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, hər iki Dövlət Komitəsi dini konfessiya nümayəndələrinin iştirakı ilə yetkinlik yaşına çatmayanlar arasında zərərli vərdişlərin aradan qaldırılması mövzusunda maarifləndirici tədbirlərin və “İslam və ailə dəyərləri” mövzusunda regional konfransların keçirilməsini planlaşdırırlar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info