İzmirdə bir ünvan var: Azərbaycan Qadınlarının Mədəniyyət Mərkəzi
Tarix: 28.11.2014 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə, çox sayda Azərbaycan əsilli vətəndaşlarımız yaşamaqdadır. Bu diyar tarixi abidələri, zəngin təbiəti və qədim turizm diyarı kimi hər kəsi cəlb edir. İzmirdə yaşayan azərbaycanlıların, xüsusilə də azərbaycanlı xanımların bir-birləri ilə əlaqələrini gücləndirmək, onların ictimai-mədəni problemlərinə dəstək olan bir ünvan da var: Azərbaycan Qadınlarının Mədəniyyət Mərkəzi. Mərkəzin idarə heyətinin üzvü Rəsmiyyə Nasiboğlu müxbirimizə bildirmışdir ki, 2013-ci ildə bir araya gələrək "Azərbaycan Qadınlarının Mədəniyyət Mərkəzi” dərnəyini qurduq. Dərnəyimizin üzvüləri sırasında çox sayda ali təhsilli xanımlar, ev xanımları və İzmir universitetlərində bakalavr və magistr təhsili alan xanım tələbələr vardır. Dərnəyiimizin yaradıcısı olan Cəvahir Damar (Əhmədova) itirilmiş torpağımızdan biri olan Qubadlıda doğulub boya-başa çatmışdır.
Ötən bir ildəki fəaliyyətimizə nəzər salanda xeyli işlər gördüyümüz bizi də sevindirir. Bunlardan bəziləri Türkiyə və Azərbaycan mətbuatında işıqlandırılmışdır. Məsələn, yeni il əvvəli azərbaycanlı ailələrlə və azərbaycansevər türkiyəli dostlarımızla birlikdə "Dünya Azərbaycanlılarının beynəlxalq həmrəylik günü"nü izdihamlı qeyd etdik. Çox gözəl bir tədbir idi. Bütün iştirakçılar məmnun qaldılar. Daha sonra "20 Yanvar” faciəsi və "Xocalı soyqırımı" mövzusunu gündəmə gətirərək daha geniş miqyasda işlər başlatdıq. İnsanları ətraflı məlumatlandırmaq üçün broşuralar nəşr etdirib payladıq, tədbirlər keçirdik, ehsan süfrələri açdıq, insanları düşündürən və maraqlandıran çoxsaylı sualları cavablandırdıq. Açıq deməliyəm ki, Türkiyənin çox yerində olduğu kimi Egey bölgəsində də bu hadisələri tam mənasıyla bilən az insan var, çox insanlar isə o zamanlar nələr olduğunu heç bilmirlər. Bu kimi fəaliyyətləri gündəmə gətirmək üçün dövlətimizin, diaspor təşkilatlarının maddi və mənəvi dəstəyinə də ehtiyacımız olur və əslində bu problemləri bu gün də həll edə bilməmişik. İzmir "Azərbaycan Qadınlarının Mədəniyyət Mərkəzi” siyasətdən uzaq bir təşkilatdır. Bizlər az da olsa, xalqımıza faydalı ola biləcək işlər görməyə çalışırıq. Qısası, dərnəğimiz qurulduğu gündən Türkiyə və Azərbaycan dövlətinin adına, millətinə, qadınına yaraşan bir şəkildə fəaliyyətə başlamış və bu missiyamızı uğurla davam etdirməkdəyik. Təbii ki, doğma Azərbaycandan uzaqlarda yaşamağın bəzi çətinlikləri vardır. Bu çətinliklərə baxmayaraq dərnəyimiz ətrafında birləşən yurdsevər xanımlarımız öz daxili imkanlarıyla zaman-zaman daha çox işlər görmək arzusundadırlar. Bu xanımlar yaşadıqları Türkiyə dövlətiylə yanaşı doğulub böyüdükleri vətənlərini--Azərbaycanımızı ürəkdən sevən, onun bütün problemlərini öz problemləri sayan, atdıkları hər addımda ölkəmizi layiq olduğu qədər təmsil etməyə səy göstərən insanlardır. Dərnəyin bütün fəaliyyəti öz imkanlarımız və səylərimizlə həyata keçirilir. İlk zamanlarda İzmirin bəzi təşkilatları ilə görüşlərimiz oldu. İzmir Konak Bələdiyyəsinin keçmış başçısı Hakan Tartanın maddi və mənəvi dəstəyi dərnəyimizın qurulmasına və fəaliyyətinə böyük dəstək oldu. Həm dərnəyiimizin ehtiyaclarını aradan qaldırmaq, həm də fəaliyyətimizi genişləndirmək üçün bir sıra layihələr üzərində işlərimizi davam etdirməkdəyik. Keçən Novruz bayramında-bu milli bayramımızınn mühüm əhəmiyyətini tanıtmaqla həyata keçirdiyimiz bir layihə üzərində işləri uğurla bitirdik və çox əhatəli bir tədbir keçirdik. İndi isə İzmir Buca Bələdiyyəsinin köməyiylə Egey bölgəsinin bir məkanı ilə Azərbaycanın hər hansi bir rayonu arasında qardaşlıq, mədəniyyət əlaqələrin qurulmasını təmin edən bir layihə üzərində işlərimizi davam etdiririk. Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə keçirəcəyimiz tədbirin həyata keçirilməsi üçün hazırlıq işlərimizi də səylə davam etdiririk. Hər zaman azərbaycanlı ailələrlə iş birliyi qurmağa diqqət göstəririk. Eyni zamanda dərnəyimizdə Azərbaycana rəğbət bəsləyən, adət-ənənələrimizi sevən və maraq göstərən türk ailələrlə də görüşlərimiz olur. Qurumumuzda fəaliyyətimizə önəm verən və bizlərə rəğbət bəsləyən izmirli xanımlar da var. Eyni zamanda Iğdır, Qars bölgələrindən də azərbaycan mənşəli üzvülərimiz vardır. Onların da dərnəyimizin fəaliyyətində iştirakları və dəstəkləri bizi sevindirir. Mütamadi olaraq Azərbaycanda keçirilən bayramlar və xüsusi günlərlə əlaqədar toplantılarımız olur. Yurddaşlarımızın qarşılaşdığı hər hansı bir cari problemin həllində səy göstərir, baçardığımız qədər həmvətənlilərimizə dəstək olmağa çalışırıq.








 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info