Ermənilər Leyla Yunusun müdafiəsinə qalxdılar
Tarix: 28.11.2014 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Hüquq müdafiəçisi adı ilə fəaliyyət göstərib bir sıra milli mənafeyimizə zidd addımlar atmış və ermənilərlə iş birliyində olduğunu fəxrlə qeyd etmiş Leyla Yunusu indi də Ermənistandan müdafiə etməyə başlayıblar. Belə ki,
Ermənistanın aparıcı jurnalistlərindən biri olan Laura Baqdasaryan Leyla Yunusun guya həbsdə olduğu üçün səhhətində yaranmış problemləri ilə bağlı xəbərlərin yayılmasından narahatlıq keçirdiyini açıqlayıb.
Erməni mətbuatının yaydığı məlumata görə, L. Baqdasaryan açıq məktubda Azərbaycandan olan 58 yaşlı həmkarının həbsdə olunmasını da pisləyib.
“Azadlıq”ın erməni redaksiyasına müsahibəsində L. Baqdasaryan bildirib ki, əvvəllər məsələ ilə bağlı şərh verməkdən çəkinirdi, çünki İrəvandan verilən dəstəyin L. Yunusun vəziyyətini daha ağırlaşdıracağından ehtiyatlanırdı. Qeyd edək ki, L. Yunus Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci (qanunsuz sahibkarlıq), həyat yoldaşı Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) , 213.2.2-ci (vergidən yayınma, 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci maddələri ilə təqsirli bilinirlər. Bu ilin iyulun 30-da L. Yunus qeyd olunan maddələrlə təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, A. Yunusun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, əslində elə xalqımız da onun ermənilərlə işbirliyini əvvəldən bilir və etiraz edirdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
19.06.2019
Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır
19.06.2019
Məhkumlara tibbi xidmətdə müsbət təcrübəmiz dünyada örnəkdir
19.06.2019
İyulda hərbi xidmətə göndərilən çağırışçılar xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaqlar
19.06.2019
Yeni biznes portalı fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info