Dekabr ayının hava proqnozu
Tarix: 28.11.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayının hava proqnozunu açıqlayıb.
Azərbaycanda dekabr ayında hava normadan soyuq olacaq. Havanın orta aylıq temperaturu iqlim normasına yaxın olsa da, bəzi dövrlərdə normadan aşağı enəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında dekabrda orta aylıq temperatur 4-7 dərəcə isti gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Havanın temperaturu gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-34 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında dekabrda orta aylıq temperatur 5-8 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 9-14, bəzi günlərdə 18-23, ayın sonunda 25-28 dərəcə şaxta, gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın birinci ongünlüyünün bəzi günlərində 4-6 dərəcə isti, ayın ortalarında və sonunda 6-11 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 20-35 mm) olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperatur 0-5 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 3-8, bəzi günlərdə 15 dərəcəyədək, ayın sonunda 18-23 dərəcə şaxta gözlənilir. Gündüzlər temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayrı-ayrı günlərdə 5-10 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 27-30 mm) olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperatur 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 3-8 dərəcə şaxta, ayın birinci ongünlüyündə 0-5 dərəcə isti, gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 13-32 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında dekabrda orta aylıq temperatur 0-5 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 3-8, ayın sonunda 10-15, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta proqnozlaşdırılır. Gündüzlər isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, dağlarda 13 dərəcəyədək şaxta olacaq. Ayın birinci ongünlüyünün bəzi günlərində 4-6 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-48 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 0-5 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcəyədək şaxta, gündüzlər 3-8 dərəcə isti, ayın birinci ongünlüyündə 10-12 dərəcə şaxta, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 19-32 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperatur 0-5 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 0-4 dərəcə şaxta, ayın sonunda 1-6 dərəcə şaxta, dağlarda 3-8 dərəcə şaxta, ayın sonunda 15-18 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 5-10 dərəcə isti, dağlarda 2-7 dərəcə şaxta proqnozlaşdırılır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 45-106 mm) olacağı gözlənilir
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info