Ukraynadakı Azərbaycan gənclər təşkilatları birləşir
Tarix: 28.11.2014 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Ümumukrayna Azərbaycanlıları Gənclər Təşkilatının idarə heyətinin Ukraynada ilk iclası keçirilib. İclasda bir sıra mühüm qərarlar qəbul edilib və görüləcək işlər haqqında məlumat verilib. Həmçinin yığıncaqda yaxın gələcəkdə keçiriləcək sədr seçkilərinə hazırlıq məsələlərindən danışılıb.
UAGT idarə heyətinin sədri Xəzri Elxanoğlu qəzetimizə bildirib ki, iclasda Elməddin Zərbəlizadə təşkilatın icraçı direktoru seçilib. İclas iştirakçıları və idarə heyətinin üzvləri tərəfindən UAGT-nın adında qeyd edildiyi kimi bütün Azərbaycan təşkilatlarını özündə birləşdirəcək. Bu təşkilat azərbaycanlı gənclər üçün əlaqələndirici şura vəzifəsini yerinə yetirəcək.
Bu məqsədlə Ukraynada fəaliyyət göstərən digər gənclər təşkilatları və təşkilat nümayəndəliklərini də, bu təşkilatda birləşdirilməsi ideyası idarə heyəti tərəfindən qəbul edilib.
Qeyd edək ki, idarə heyətində aktiv gənclərdən başqa Ukraynada fəaliyyət göstərən Mir Molodyoj, ASGA Ukrayna Təmsilçiliyi, Yeni Nəfəs Hərəkatı Ukrayna və Şərqi Avropa Nümayəndəliyi və s. təşkilatlar təmsil olunur.
Bundan əlavə digər təşkilatlara da dəvət göndərildiyi və qapılarının açıq olduğunu qeyd edən UAGT idarə heyətinin sədri, UAGT sədr müşaviri Xəzri Elxanoğlu onu da vurğulayıb ki, bu təşkilat təkcə burda əyləşənlər aktiv fəaliyyət göstərməyəcək: “Ukraynada yaşayan bütün gəncləri yanımızda görmək istəyirik. Çünki bu təşkilatda toplaşacaq gənclər sabahın aktiv diaspor nümayəndələri və ən əsası lobbi yaradıcıları olacaqlar. Buna görə də, Ukrayna azərbaycanlılarının idarəçiliyə cəlb edilməsinə daha çox üstünlük veriləcək”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info