Qadın və uşaqlara narkotik vasitələrin təsirləri diqqət mərkəzində olacaq
Tarix: 28.11.2014 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” və Prezidentin bununla bağlı xüsusi tapşırığı var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Xarici İşlər Nazirliyinə tapşırılıb ki, dekabrın 8-də “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirək”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib. H.Hüseynova deyib ki, konfransda qadın və uşaqlara narkotik vasitələrin təsirləri diqqət mərkəzində olacaq: “Bizi narahat edən odur ki, narkotik vasitələrlə bağlı mənfi hallara qadın və uşaqları da cəlb edirlər. Deyə bilmərəm ki, bu, Azərbaycanda faiz etibarilə çoxdur. Lakin 1-2 hal olsa belə, bu, bizi narahat edir. İstəyirik ki, qadın və uşaqları belə zərərli hallardan uzaqlaşdıraq. Düşünürəm ki, bu beynəlxalq konfransın nəticəsi olaraq qadın və uşaqları narkotik vasitələrin təsirlərindən qorumaq üçün hansısa mexanizmlər yaranacaq. Baş nazirin müavini Əli Həsənovun rəhbərliyi altında bu istiqamətində fəal iş aparır”.
Qeyd edək ki, konfransda BMT-nin Narkotiklərlə və Cinayət işləri üzrə ofisinin, Avropa Şurasının, Narkotiklərlə mübarizə üzrə Avropa İttifaqının monitorinq mərkəzinin, Avropa Komissiyanın, UNICEF-in, ATƏT-in, İnterpolun, Beynəlxalq Səhiyyə Təşkilatının, Almaniya, Böyük Britaniya və Fransanın ekspertləri iştirak edəcəklər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info