Qafqaz Universitetinin könüllüləri Avropa Oyunlarında
Tarix: 28.11.2014 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Bakı 2015 I Avropa Oyunları təşkilat komitəsinin nümayəndələri Qafqaz Universitetinin qonağı oldular. Universitetin rektoru, professor Ahmet Saniç qonaqları universitetlə tanış etdikdən sonra Bakı 2015 Avropa Oyunları haqda geniş söhbət aparıldı. Qeyd edildi ki, Qafqaz Universitetinin tərkibində 26 tələbə klubu fəaliyyət göstərir və məhz univeristet rəhbərliyinin təşəbbüsü ilə Avropa Oyunlarına dəstək məqsədli “ Olimpiya 2015- Könüllülər” adlı tələbə dərnəyi də o sıralara əlavə olunub. Açılışından bir həftə kimi qısa müddət keçməsinə baxmayarq 150 –dən çox tələbə artıq könüllülər sırasına qoşulub. Qonaqlar dərnəyin fəaliyyəti ilə yaxından tanış olduqdan sonra bu işdə onlara dəstək verdiklərinə görə univeristet rəhbəliyinə təşəkkürlərini bildirdilər.
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Avropa oyunlarının keçirilməsinin Azərbaycan üçün mühüm hadisə olduğunu və burada iştirakın gənclərimizə böyük təcrübə olacağını dilə gətirdi: “Çox təqdirəlayiq bir haldır ki, ölkə başçısı cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın birgə fəaliyyətinin nəticəsində belə bir mötəbər yarışma məhz ilk dəfə olaraq Azərbaycanda keçirilir. Bu Azərbaycanın bütün Avropada eləcə də dünya miqyasında tanınması üçün olduqca əhəmiyyətli bir fürsətdir. Düşünürəm ki, gənclərimiz məhz bu imkandan geniş istifadə edəcəklər. Mən də öz növbəmdə tələbələrimizə bu yolun mənasını anlayıb əllərindən gəldiyi qədər fəal iştirak etmələrinii tövsiyə edirəm”.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov çıxışı zamanı könüllülərin yarışlardakı fəaliyyətini və onların bu müddətdə əldə edəcəyi nailiyyətləri göz önünə gətirdi: “Azərbaycan ilk dəfədir ki, belə bir mötəbər yarışmaya ev sahibliyi edir. 49 ölkədən minlərlə qonağımız bu oyunlarda iştirak etmək üçün paytaxtımıza səfər edəcəklər. Bizim məqsədimiz onları ilk dəfə gəldikləri bir ölkədə gülər üzlə qarşılamaq və Azərbaycandan razı getmələri üçün əlimizdən gələni əsirgəməməkdir. Burada da əsas rol könüllülərin üzərinə düşür. Çünki, gələn qonaqları hava limanında qarşılamaqdan başlayaraq, 12 gün ərzində onlarla yaxından ünsiyyətdə olmaq, maraqlandıqları hər bir məsələnin həllində köməklik göstərmək məhz könüllülərə həvalə olunacaq. Könüllülərimiz düşünməsinlər ki, burada iştirak etmək onlara heç nə qazandırmır. Əksinə, bu onların dünyagörüşünün formalaşmasında və gələcək karyeralarında əhəmiyyətli dərəcədə böyük rol alacaqdır. Hətta hal- hazırda bizdə peşəkar fəaliyyət göstərən işçilərin çoxu vaxtilə bu kimi tədbirlərdə könüllü olanlardır”.
Tədbirdə könüllülərlə iş üzrə departamentin əməkdaşları və mütəxəssisləri “Könüllülük işinin mahiyyəti” ilə əlaqəli tələblərə interaktiv seminar verərək öz fikirlərini onlarla bölüşdülər. Könüllülüyə namizəd tələbələrə orada fəaliyyət göstərəcəyi sahələr haqqında ətraflı məlumat verərək, tələbələrin çoxsaylı suallarını cavablandırdılar.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info