10 ayda 3500 nəfər müvəqqəti, 22 932 nəfər isə daimi işlə təmin olunub
Tarix: 28.11.2014 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən cari ilin yanvar-oktyabr aylarında 3570 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin olunub. Həmin şəxslərin 1810 nəfərini qadınlar təşkil edib. Əmək birjaları əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif növlərdə müvəqqəti xarakterli işlərin görülməsinə dair sifarişlər qəbul edərək, natamam iş günü və ya natamam iş həftəsi üzrə işləyən, boş vaxtları ərzində əlavə qazanc əldə etmək məqsədilə qısa müddətli iş üçün müraciət edən şəxslərə təklif olunur. Ümumilikdə Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə 22 932 nəfər münasib işlə təmin edilib, 1297 nəfər haqqı ödənilən ictimai işlərə, 2982 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub. Bundan başqa, 74 215 nəfər vətəndaşa, əsasən də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətləri və əmək bazarında işəgötürənlərin bugünkü tələbləri haqqında geniş və ətraflı məlumatlar verilib.

İlkin










 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info