“Martin Şultsun açıqlamalarında məqsəd ölkədəki sabitliyin, iqtisadi uğurların qəbul olunmamasıdır”
Tarix: 28.11.2014 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


“Avropa Parlamentinin sədri Martin Şultsun açıqlamaları və bundan əvvəlki açıqlamalar göstərir ki, bunlar bir mərkəzdən idarə olunur və eyni xətdir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, belə açıqlamaların verilməsində məqsəd Azərbaycandakı bugünkü sabitliyin, iqtisadi və siyasi uğurların qəbul olunmamasına nail olmaqdır: “Təəssüf hissi ilə qeyd edirəm ki, bu açıqlamaların içərisində konkret 5-6 adamın adını çəkməklə, yenə də o insanlarla bağlı dövləti məcbur etməyə çağırırlar ki, hansısa addımlar atılsın. Birincisi, bütün dünyada qəbul olunmuş bir qayda var - qanun hamı üçün qanundur və heç kəs qanunun tətbiqində ayrı seçkiliyə məruz qala bilməz. Baxsaq ki, bu gün ictimai-siyasi həyatda fəaliyyət göstərib, hansısa cinayət əməlinə görə saxlanılmış və tutulmuş, barəsində hökm çıxarılmış şəxslərin sayı 10-15 nəfər civarındadır. Məhz 1-2 adamın üzərində bunlar fikirlərini formalaşdırmaqla, sanki vaxtilə bunlar onlara xidmət etdiyi kimi, indi də bunlar onlara xidmət edir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
16.11.2018
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
16.11.2018
“Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər”
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info