Avropa və Asiyanı birləşdirəcək ən qısa nəqliyyat dəhlizi
Tarix: 28.11.2014 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


“Bakı-Tbilisi-Qars dəmiryol xətti Avropa və Asiyanı birləşdirəcək ən qısa nəqliyyat dəhlizi olacaq”. Bunu Baş nazirin müavini Abid Şərifov ADA Universitetində keçirilən "Mərkəzi Avrasiyada nəqliyyat və logistikanın gələcəyi" adlı konfransda deyib. Onun sözlərinə əsasən, yüklərin daşınması müddəti nəqliyyat sektorunda ən vacib məsələlərdən biridir. Yeni dəmiryol xəttinin işə salınması Avropa və Asiya arasında daşıma müddətini xeyli azaltmağa imkan verəcək.
A.Şərifov qeyd edib ki, bu dəmiryol xətti təkcə Azərbaycan üçün deyil, həm də bu layihədə iştirak edən digər ölkələr üçün böyük önəm kəsb edir.
Nəqliyyat nazirinin müavini Musa Pənahov tədbirdə deyib ki, layihə çərçivəsində işlər həm Türkiyədə, həm də Gürcüstanda davam edir.
M.Pənahov əlavə edib ki, yeni dəmiryol xətti 2015-ci ilin sonuna işə düşəcək, bu ilin sonunadək isə Gürcüstanın Türkiyə ilə sərhədinədək ilk işgüzar qatar işə salınacaq.
Nazir müavini bildirib ki, təşəbbüskarı Qazaxıstan olan "Silk Wind" layihəsi çərçivəsində də işlər davam edir. Layihə "Çin-Qazaxıstan-Xəzər-Qafqaz-Türkiyə-Avropa" konteyner qatarının buraxılmasına istiqamətlənib.
Bakı Beynəlxalq Ticarət Limanının rəhbəri Taleh Ziyadov da Bakı-Tbilisi-Qars dəmiryol xəttinin böyük önəmini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi və əhəmiyyətli infrastruktur imkanları var ki, bu da ona beynəlxalq nəqliyyat dəhlizlərində öz yerini tutmağa imkan verir.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info