Beynəlxalq Antikorrupsiya Şəbəkəsinin idarə edilməsi ölkəmizə etibar olunub
Tarix: 28.11.2014 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 120-yə yaxın dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli əməkdaşlıq edir və uzun müddətdir təşkilatın ali orqanlarında təmsil olunmaqla, xüsusi fəallığı ilə fərqlənir. Ədliyyə Nazirliyi Mətbuat xidmətindən “Palitra”ya bildirilib ki, noyabr ayının 23-dən 27-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Assosiasiyanın İllik yığıncaqları, o cümlədən BPA-nın rəhbər orqanları olan İcraiyyə Komitəsinin və Senatın iclasları keçirilib.
Tədbirlərdə ölkəmizi Assosiasiyanın fəxri üzvü və senatoru, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev, həmçinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul əməkdaşları daxil ediliblər. Konfransın açılışında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, Baş nazir, Dubay Əmirliyinin rəhbəri şeyx Məhəmməd bin Rəşid Al Maktum iştirak edib. Mərasimdə Assosiasiyanın ərəb dilində saytının təqdimatı keçirilib. Qeyd olunmalıdır ki, BPA-nın internet saytı ingilis, fransız və rus dillərində mövcud idi və rus dilində səhifə 10 ildən çoxdur ölkəmiz tərəfindən aparılır. Dünyanın 100-ə qədər dövlətindən 500-ə yaxın nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin qatıldığı bu mötəbər tədbirdə Dubayın baş prokuroru Essam Essa Al Humaidan və Assosiasiyanın prezidenti Qerhard Yaroş giriş nitqi ilə çıxış ediblər. Konfransda qanunun aliliyi, şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə, beynəlxalq əməkdaşlıq, yuvenal ədliyyə, müasir İKT-lərin tətbiqi və digər aktual məsələlər müzakirə edilib. Müzakirələrdə nümayəndə heyətimizin üzvləri fəal iştirak edib, dövlət başçısının qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan sərt mübarizə tədbirləri, əldə olunmuş nailiyyətlər vurğulanıb, şəffaflığın təmin olunması ilə bağlı yaxşı təcrübələrə həsr olunmuş seminarda ölkə rəhbərinin təşəbbüsü ilə yaradılaraq Azərbaycan brendinə çevrilmiş "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinə dair Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul işçisi A.Cəfərli tərəfindən təqdimat keçirilib, video-çarx nümayiş etdirilib, əyani vəsaitlər paylanılıb. “ASAN xidmət”in vətəndaş məmnunluğuna yönələn fəaliyyəti, korrupsiyanın qarşısının alınmasında önəmli rolu tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanaraq təqdir olunub. Senatın iclasında iştirak edən nazir Assosiasiyanın gələcək inkişafı, mühüm və mürəkkəb məsələlərin həllində Senatın rolu, yeni perspektivlər və s. məsələlər üzrə çıxış edərək konkret təkliflər verib və onlar qəbul ediliblər. Eyni zamanda, İcraiyyə Komitəsinin iclasında təşkilati məsələlərə baxılıb, tədbirdə qurumun üzvü K.Əliyev iştirak edib. Ümumi yığıncaqda isə İcraiyyə Komitəsi üzvlərinin yerinə seçkilər keçirilib, habelə təltif olunma mərasimi təşkil olunub və Azərbaycan nümayəndə heyətinin üzvü, Baş Prokurorluğun məsul işçisi R.Haciyev Assosiasiyanın işində fəal iştirakına görə BPA-nın Xüsusi Xidmətlər Sertifikatına layiq bilinib. Tədbir çərçivəsində həmçinin, Assosiasiyada Antikorrupsiya Şəbəkəsinin yaradılması qərara alınıb, Azərbaycanın BPA-nın fəaliyyətinə verdiyi dəyərli töhfələr, eləcə də beynəlxalq antikorrupsiya mübarizəsində təşəbbüskarlığı nəzərə alınaraq həmin şəbəkənin və hazırlanacaq müvafiq saytın idarə edilməsi ölkəmizə etibar olunub. Konfrans zamanı BƏƏ, Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstanın baş prokurorları, bir sıra digər dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri, beynəlxalq təşkilatların məsul nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info