Beş dövlət standartı ləğv edilib
Tarix: 28.11.2014 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə qüvvədə olan dövlət standartlarının dövri yoxlamasını həyata keçirib.
Komitədən verilən məlumata görə, dövri yoxlamada məqsəd standartlaşdırma üzrə normativ sənədlərdə qoyulan tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanması səviyyəsini öyrənmək, məhsulların istifadəsinin, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin şərtlərini, əmək rejimi və şəraitini nəzərə almaq, habelə Azərbaycanın qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddəaların pozulmasının qarşısını almaqdır.

Dövri yoxlama nəticəsində 5 dövlət standartı Komitə tərəfindən ləğv edilib.

Bunlar, AZS 007-94 “Peçenye. Texniki şərtlər” və AZS 008-94 “Yulaf peçenyesi. Texniki şərtlər” dövlət standartları müasir tələblərə cavab vermədiyinə, aktuallıqlarını itirdiyinə və son illər bu standartlarla məhsul istehsal olunmadığı üçün, AZS 009-1994 “Qazlı su. Texniki şərtlər” dövlət standartı müasir tələblərə cavab vermədiyi, eyni zamanda AZS 282-2007 “Qablaşdırılmış içməli su. Ümumi texniki şərtlər” dövlət standartı qüvvədə olduğu üçün, AZS 085-2003 “Yataq ağları. Ümumi texniki şərtlər” dövlət standartı Azərbaycan Respublikası dövlət standartlaşdırma sisteminin əsasını təşkil edən AZS 1.5-96 dövlət standartının tələblərinə uyğun olmadığı üçün və AZS 255-2007 (TŞ 6606/1989) “Xərək və xərək tutqacları” dövlət standartında ölkədə qüvvədə olmayan türk standartlarına istinad olunduğu üçün ləğv edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info