S.Aran: “Bəzi tok-şoular, verilişlər Azərbaycan xalqının mənəviyyatının altına qoyulmuş bombadır“
Tarix: 28.11.2014 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


"Televiziyalar Azərbaycan xalqının mənəviyyatının altına bomba qoyurlar". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Aran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik” mövzusunda keçirilən konfransda deyib.
Komitə sədrinin müavini Azərbaycanda bəzi telekanalların fəaliyyətini sərt tənqid edərək onları reytinq dalınca qaçmamağa, dövlətin, xalqın maraqlarını qorumağa çağırıb: "Azərbaycan telekanallarındakı bəzi tok-şoular, verilişlər Azərbaycan xalqının mənəviyyatının altına qoyulmuş bombadır". S.Aranın fikrincə, telekanalların xüsusilə cəmiyyətin əsasını təşkil edən ailə məsələlərində eybəcərlikləri qabartması çox təhlükəli tendensiyadır: "Ailələrdə kəskin şəkildə deqradasiya gedir. Belə hallara qarşı mübarizə aparılmalı, mili-mənəvi dəyərlərimiz qorunmalıdır". O, qeyd edib ki, telekanalların cəmiyyətə guya ağıl vermək üçün dəvət etdikləri insanların özlərinin əxlaqı böyük sual doğurur: "Bəzən telekanallarda tok-şoulara, verilişlərə ekspert kimi dəvət olunanlar ərindən boşanmış, hətta bir neçə dəfə boşanmış qadınlar olur. O telekanallar, prodüserlər kimi, nəyi təbliğ edirlər? Cəmiyyət bu insanları guya tanımır? Nə qədər paradoksal görünsə də, bu verilişlərin bölgələrdə daha çox tamaşaçı auditoriyası var".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə deyib ki, bu cür tok-şouları səviyyəli, işini bilən aparıcılar aparmalıdır. Onun fikrincə, ictimaiyyət də bu məsələyə öz münasibətini sərt şəkildə ortaya qoymalıdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info