“Azərbaycanın inkişafı Avropanın müxtəlif qurumlarını narahat edir”
Tarix: 28.11.2014 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


“Azərbaycanın inkişafı bir çox insanları, Avropanın müxtəlif qurumlarını narahat edir”.
Bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, Azərbaycana qarşı yönələn çıxış və bəyanatlar Azərbaycanda gedən inkişafın və ictimai-siyasi sabitliyin bir çox insanları narahat etməsindən qaynaqlanır:
“Bunun nəticəsi olaraq da dəfələrlə ədalətsiz şəkildə, demokratiya və insan haqlarına zidd şəkildə Azərbaycana qarşı müxtəlif qərarlar qəbul edirlər. Bu qərarlara səs verənlər arasında elə adamlar var ki, soruşsan kimləri müdafiə edirsən, bu adamlar kimdir, onların ad-familiyasını doğru-düzgün qeyd edə bilməyəcəklər. Amma təəssüflər olsun ki, erməni lobbisinin təhriki nəticəsində biz bunu ardıcıl olaraq hiss edirik. Bundan öncə ABŞ prezidenti, heç bilmir ki, Azərbaycanda hansı QHT-lər var, oradan bir çıxış edir. Çexiyada bir Emin Milli var. Əslində adını qeyri-milli yazmalıdır, milli yazıb. Bir qrup erməni lobbisini gətirib, özünü qəfəsə salıb, tədbir keçirir. Daha sonra Gürcüstana gələrək, mətbuat nümayəndələrini yığır, nə Ermənistan, nə də Gürcüstan haqqında çıxışlar olmur, sırf Azərbaycana yönəlmiş bir tədbir keçirir. Aydındır ki, burda da erməni lobbisinin, ermənilərin və Avropanın müxtəlif fondlarının təsiri göz qarşısındadır. Biz çox ciddi şəkildə bunlara qarşı mübarizə aparmalıyıq. Bunların təhrik etdiyi heç bir məsələyə biz getməməliyik. Biz hər dəfə bunlara qarşı addım atdıqca, bunlar bir az da bəyanatları sərtləşdirirlər. Heç bir dövlətin başqa dövlətin daxili işinə qarışmağa ixtiyarı yoxdur, o cümlədən də qurumların”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Tural Gəncəliyev: “Paris görüşü irəliləyişin əldə olunmasına ümidlərimizi artırır”
15.01.2019
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir
15.01.2019
Gürsel İsmayılzadə Yaponiyada səfir vəzifəsindən geri çağırılıb
15.01.2019
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
15.01.2019
Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info