2015-ci il dövlət büdcəsinə dəyişikliklər edilərək qəbul olunub
Tarix: 28.11.2014 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinə dəyişikliklər edilib. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
S.Şərifov qeyd edib ki, millət vəkillərinin üçgünlük müzakirələrdə səsləndirdiyi təkliflərə hökumətdə baxılıb və büdcədə bəzi dəyişikliklər edilib.
Nazir qeyd edib ki, hökumət millət vəkillərinin elm xərclərinin artırılması ilə bağlı təkliflərini nəzərə alaraq bu xərclərə 8 milyon manat əlavə edilməsini məqbul hesab edir: “Artım baş verdikdə elmə ayrılan vəsait 150,5 milyon manat təşkil edəcək”.
Həmçinin S.Şərifov siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı vəsaitin artırılması təkliflərinin nəzərə alındığını bildirib: "2014-cü ilin dövlət büdcəsindən ayrılan vəsaitin 10 faizi bölüşdürülməmiş qalıb. Bunun tam məbləğdə partiyalar arasında bölüşdürülməsi nəzərdə tutulub. Yaxın vaxtlarda bununla bağlı qanun layihəsi parlamentə daxil olacaq. Bununla yanaşı, qeyri-hökumət təşkilatlarına ayrılan vəsait ötən illə müqayisədə 50 faiz artıb. Millət vəkillərinin fikirlərini əsas götürərək hökumət əlavə 600 min manat artırılması təklifini qəbul edir. Bu da QHT-lərin fəaliyyətinə olan qayğının təzahürüdür”.
Nazir əlavə edib ki, bələdiyyələr üçün nəzərdə tutulan dotasiyaların artırılması ilə bağlı deputatlar təkliflər irəli sürüblər: “Bir neçə il ərzində bələdiyyələrə ayrılan vəsaitin icrası qənaətbəxş deyil. Maksimal icra faizi 89% təşkil edib. Bələdiyyələrin gəlirləri əsasən əmlakların özəlləşdirilməsi, icarəyə verilməsi hesabınadır. Hökumət hesab edir ki, bələdiyyələrə dövlət büdcəsindən maliyyə yardımı ayrılmalı deyil. Bələdiyyələrə daha yaxşı imkanlar yaradılmalıdır ki, gəlir əldə etsinlər. Bununla da bələdiyyələrin maliyyə təminatı yaxşılaşacaq”.
Onun sözlərinə görə, Milli Məclisin xərclər smetasına da dəyişikliklər edilib: “Hökumət Milli Məclisin xərclərini nəzərə alaraq əlavə 450 min manat vəsaitin ayrılmasını məqsədəuyğun hesab edir. Bununla da Milli Məclisin xərclər smetası artırılaraq 23 milyon 807 min manata çatdırılacaq.
Sonda Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi səsə qoyularaq qəbul edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info