Bahar Muradova: “Azərbaycan qanunları hər zaman üstün tutulub”
Tarix: 28.11.2014 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


“Azərbaycana qarşı yönələn təzyiqlər müəyyən hədəflərə yönəlib”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Bahar Muradova deyib.
Onun sözlərinə görə, Azərbaycan kimi müstəqil siyasi iradəsi, mövqeyi olan ölkələrin olması bəzi insanlar üçün məhdudiyyətlər yaradır: “Avropa Parlamentinin rəhbəri Martin Şults və digərlərinin açıqlamalarında diqqət çəkən məqam odur ki, hər kəs təəssüflə bildirir ki, onların Azərbaycanda bir nəfər də azadlıqda tərəfdaşı qalmayıb. Onlara demək istəyirəm ki, sizin Azərbaycanda tərəfdaşlarınız yalnız Leyla Yunus və ya onun kimi digər məqsədlərə xidmət edən 3-5 nəfərdir? Yoxsa, bütövlükdə Azərbaycan? Biz tərəfdaş kimi Şultsu yox, Avropa İttifaqını, quruma daxil olan dövlətləri görürük. Biz öz tərəfdaşlıq öhdəliklərimizə sadiq qalırıq. Amma Azərbaycan deyəndə, onların marağına xidmət edən 3-5 nəfər göz önünə gəlirsə, biz bunu ədalətli tərəfdaşlıq hesab etmirik. Tövsiyəm və xahişim odur ki, onlar tərəfdaşlıq
anlayışlarına nəzər yetirsinlər. Həqiqətən Azərbaycanı tərəfdaş qismində görürlərsə, ona uyğun hərəkət etsinlər. Əgər həbsdə olan 3-5 nəfərlə onların tərəfdaşlığı bitirsə, biz də öz işimizi bilməliyik. Həm onlara, həm də onların “tərəfdaş”larına mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq”.
B. Muradova əlavə edib ki, Azərbaycanda heç kimə təzyiq olunmur. “Azərbaycanda hər kəs qanun qarşısında bərabər cavabdehlik daşıyır. Hər kəs də törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Ən böyük cinayəti törətmək dövlətə xəyanət, onun maraqlarını satmaqdır. Kim dövlətə və onun maraqlarına xəyanət edirsə, biz onu bağışlamayacağıq. Bunu Avropa dəyərlərinə xəyanət hesab edib, bizə belə münasibət bəsləyənlərin mövqeyi açıqdır və bizim də mövqeyimiz ona açıqdır”, - deyə B. Muradova vurğulayıb.
Vitse-spiker qeyd edib ki, Azərbaycan parlamenti bu mövqeyində ardıcıl olmalıdır: “Avropa İttifaqı və onun müvafiq qurumları ilə əlaqələrimizə də dövlətin, millətin maraqları baxımından yanaşmalıyıq. Müstəqil siyasi iradə sahibi olan bir ölkə kimi sona qədər öz mövqeyimizi açıq şəkildə ifadə etməliyik. Bizdəki bəzi şəxslərin həbsi ilə bağlı manipulyasiyalara cavab olaraq deyirəm ki, hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar, insan hüquqlarını qoruyan təşkilatlar və ayrı-ayrı şəxslər qanunun aliliyi, ədalət prinsipini rəhbər tutaraq öz mövqelərini bildirməlidirlər. Hesabatlar tərtib edərkən və münasibət bildirərkən dövlətin və xalqın maraqlarını nəzərə almalıdırlar. Həqiqətən də ağır bir dövrdə yaşayırıq. Hesab edirəm ki, gözü çıxan qardaşlarımızın vəziyyəti bizə dərs olmalıdır. Ona görə də heç bir məsələdə ölkə daxilində və xaricində mövqeyimizi, ayıq sayıqlığımızı zəiflədə bilmərik. Azərbaycan qanunları hər zaman üstün tutulub və Azərbaycanın qazandığı uğurlar da məhz qanunların hər kəsə eyni şəkildə, bərabər məsuliyyət şəklində tətbiqindən keçir və bu şəkildə də yaşamalıyıq. Kimlərinsə mənafeləri bizi tutduğumuz mövqedən yayındırmamalıdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info