Muxtar Respublikanın iqtisadi inkişaf istiqamətləri
Tarix: 28.11.2014 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının innovativ inkişafı istiqamətləri” mövzusunda elmi-praktiki konfrans keçirilib. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş konfransın plenar iclasını giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Saleh Məhərrəmov açaraq Azərbaycanda müstəqilllik qazanıldıqdan sonra ümummilli lider Heydər Əliyev tərəfindən məqsədyönlü iqtisadi strategiyanın müəyyənləşdirilməsindən bəhs edib. Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurlu davamının nəticəsi olaraq Azərbaycan öz güclü iqtisadiyyatı sayəsində hərbi qüdrətə və elmi-texniki tərəqqiyə malik bir dövlətə çevrilib.İqtisad elmləri doktoru, professor Asif Şirəliyev “İnnovativ inkişaf iqtisadiyyatın tərəqqisinin mühüm amili kimi” məruzəsində qeyd edib ki, Azərbaycanda davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmış, sahibkarlıq fəaliyyəti genişləndirilmişdir. İqtisad elmləri doktoru, professor Ağarza Rüstəmov “Azərbaycanda innovatiq sahibkarlıq fəaliyyəti və Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf” məruzəsində bildirib ki, regionda bazar iqtisadiyyatının əsasını təşkil edən innovasiya sahibkarlığının inkişaf etdirilməsi nəticəsində 2010-cu ildən ötən dövr ərzində 43 istehsal və emal müəssiəsi yaradılıb, ümumi daxili məhsulda özəl sektorun çəkisi artaraq 86 %-ə çatıb. Hazırda muxtar respublikada 114 növ ərzaq, 202 növ qeyri-ərzaq məhsullarına, bütövlükdə 316 növdə məhsula olan təlabat tamamilə yerli istehsal hesabına ödənilir. Son illərdə təhsilin, səhiyyənin, yüngül sənayenin, kənd təsərrüfatının və yol-nəqliyyat infrastrukturunun inkişafından danışan məruzəşi vurğulayıb ki, Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli fərmanında qarşıya qoyulmuş vəzifələrin uğurlu icrası bütünlükdə iqtisadiyyatın inkişafına güclü təkan verəcək. İqtisad üzrə fəlsəfə doktoru, dosent Mehdi Bağırov “Muxtar Respublikanın sosial-iqtisadi inkişaf vəziyyəti və ona təsir edən amillər” məruzəsində hüquqi-normativ bazasının yaradılması, yeni təsərrüfat obyektlərinin işə salınması, səneyələşmənin təşəkkülü, kəndlinin torpağa “qovuşması”, xüsusi istehsal vasitələrinin yaradılması yerli xammala əsaslanan istehsalların inkişafı, daxili təlabatın ödənilməsini təmin edəcək subyektlərin istifadəyə verilməsi kimi iqtisadi yüksəlişlə nəticələndi. Belə ki, 2013-cü ilin analoji dövi ilə müqayisədə 2014-cü ilin yanvar-aprel aylarında ümumi daxili məhsulun həcmi 102,3%, adambaşına düşən gəlir isə (manatla) 101,1% olmuşdur. İqtisad üzrə fəlsəfə doktoru, dosent Asəf Qəribov isə “İqtisadi inkişaf və innovasiya fəaliyyətinin təşkili formaları” mövzusunda məruzə edərək uzunmüddətli elmi-texniki proqramların həyata keçirilməsi, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi məqsədi ilə məhsuldar qüvvələrin vəziyyətinə keyfiyyət dəyişiklikləri etmək üçün fundamental tədqiqatların maliyyələşdirilməsi, texnika və texnologiyanın prinsipcə yeni, qənaətcil növlərinin işlənib hazırlanması, buraxılması, yenilikçi məhsul və xidmətlərin tətbiqi və yayılması kimi innovasiya fəaliyyəti növləri barədə məlumat verib.
Konfrans bölmə iclasları ilə işini davam etdirib.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info