Ağıllı lövhələrdən səmərəli istifadə metodları öyrədilib
Tarix: 28.11.2014 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetinin təşəbbüsü ilə Abşeron rayon təhsil şöbəsilə mütəmadi layihələr həyata keçirilir. Bu layihələrdən biri də Qafqaz Universitetində Abşeron , Binəqədi və Cəbrayıl rayon məktəblərinin müəllimlərinə “Ağıllı lövhələrdən səmərəli istifadə metodları” adlı təlim kursunun təşkil olunmasıdır. Abşeron rayon Heydər Əliyev Mərkəzində bir ay davam edən təlim kursunu bitirən müəllimlərə sertifikatların təqdim edilməsi tədbiri keçirilib. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin heykəli önünə gül qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərkəzin direktoru Tükəzban Həsənova qonaqlara mərkəz haqda məlumat verib. Akt zalında davam edən tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına olan diqqətindən danışıb. Rektor qeyd edib ki, universitet olaraq faydalı olmaq üçün məktəb - universitet münasibətləri daha da inkişaf etdirilməlidir. Belə bir tədbirin keçirilməsinə şərait yaradıldığı üçün Abşeron rayon icra başçısı Zakir Fərəcova minnətdarlıq edib.
Abşeron Təhsil Şöbəsinin müdiri Nadir Ağayev bildirib ki, Abşeron təhsili ölkə başcısı İlham Əliyevin təhsilə olan qayğısı sayəsində inkişaf edir. Beynəlxalq səviyyəli təhsil verən Qafqaz Universitetinin Abşeronda yerləşməsi də bizi sevindirir. Bu universitetdə təhsil alan xarici tələbələr üçün də Abşeron doğma vətənə çevrilir. Onlar məzun olub ölkələrinə qayıdanda bizim rayonun təbliğatçısına çeviriləcəklər.
“Təhsildə yeni texnologiyalar üzrə təlimçi”, Qafqaz Universitetinin müəllimi Dursun Çalışkan təlimdə iştirak edən müəllimlərin səviyyələrinin yüksək olmasını və onların tələbkar olmalarını diqqətə çatdırıb. O qeyd edib ki, təlimdə iştirak edən 32 nəfər müəllimdən 2 nəfəri təlimçi, 20 nəfəri 1-ci dərəcəli, 10 nəfəri isə 2-ci dərəcəli, sertifikata layiq görülüb.
Sonda vurğulanıb ki, tədbirin “Təhsil millətin gələcəyidir” deyən ulu öndərin adını daşıyan möhtəşəm bir məkanda keçirilməsi təlimin keyfiyyətinin yüksəldilməsi və yeni texnologiyalara yiyələnmə istiqamətində nümünə olacaq.

İlkin






 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info