“Qarabağ”dan Avropa Liqası yarışlarında növbəti heç-heçə
Tarix: 29.11.2014 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ” komandası Fransada yerli “Sent-Etyen” kollektivi ilə qarşılaşıb.
“Geoffroy-Guichard” stadionunda keçirilən oyunun 15-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Vüqar Nadirov Maksim Medvedevin ötürməsini mükəmməl qol ilə tamamlayıb. Altı dəqiqə sonra Riki van Volfsvinkel hesabı bərabərləşdirib. İslandiyalı baş hakim Kristinn Jakobssonun idarə etdiyi oyunun 22-ci dəqiqəsində Leroy Corc ikinci topu Fransa təmsilçisinin qapısından keçirsə də, ofsayd olduğu üçün qol qeydə alınmayıb. Görüşün ilk hissəsi 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşün ikinci hissəsi “Sent-Etyen”in üstünlüyü şəraitində başlayıb. İkinci hissədə müdafiəni gücləndirən baş məşqçi Qurban Qurbanov Leroy Corcu İlqar Qurbanov ilə, Namiq Yusifovu Admir Teli ilə, Vüqar Nadirovu isə Namiq Ələsgərov ilə əvəzləyib. Beləliklə, gərgin idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesabı ilə yekunlaşıb. “F” qrupunda çıxış edən Ağdam klubu Bakıda “Sent-Etyen” ilə qolsuz (0:0) bərabərə qalmışdı. Qrupun digər oyununda isə “İnter” və “Dnepr” (Ukrayna) İtaliyada üz-üzə gəliblər. İtaliya təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edərək 11 xalla turnir cədvəlindəki birinciliyini möhkəmləndirib. Hesabında 5 xal olan “Qarabağ” və “Sent-Etyen” komandaları ikinci və üçüncü pillədə qərarlaşıblar.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik
23.09.2018
Bakı arenasında özümü çox rahat hiss edirəm
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info