“Avropa Rusiyanın nəyinə lazımdır?”
Tarix: 29.11.2014 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


“Biz gec-tez Rusiyaya tətbiq edilən sanksiyaları yenidən nəzərdən keçirmək məcburiyyətində qalacağıq”

“Gec və ya tez, fərqi yoxdur, biz Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları yenidən nəzərdən keçirmək məcburiyyətində qalacağıq. Çünki bu sanksiyaların Avropaya təsiri daha qabarıq nəzərə çarpmaqdadır”.
Bu sözləri İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini “RT” telekanalına müsahibəsində deyib.
Diplomat qeyd edib ki, sanksiyalardan təkcə Rusiya əziyyət çəkmir, Avropa da bir sıra problemlərlə üzləşib. Keçmiş xarici işlər naziri Rusiyanın tətbiq etdiyi əks-sanksiyalar nəticəsində İtaliyanın böyük itkilərlə üzləşdiyini dilə gətirib. O iddia edir ki, bu itkilər təkcə sənaye sahəsində deyil, kənd təsərrüfatı sahəsində də özünü göstərir: “İqtisadi artım baxımından kənd təsərrüfatını İtaliyanın əsas sektorlarından biri olduğunu nəzərə alsaq, bunun hansı fəsadlara gətirib çıxaracağı göz önündədir. Etiraf edilməlidir ki, sanksiyalar Rusiya iqtisadiyyatına da təsirsiz ötməyib. Lakin mənim fikrimcə, bu sanksiyalardan Atlantikanın digər tərəfindən fərqli olaraq Avropa ölkələri daha çox əziyyət çəkir”. Frattini sanksiyaların nəticəsi kimi, İtaliya iqtisadiyyatının iki il ərzində 4 milyard avro itirəcəyini “böyük zərər” kimi dəyərləndirib: “İtaliyada iş adamları ilə yanaşı, biznes assosiasiyaları da sanksiyaların yenidən nəzərdən keçirilməsini təklif edirlər. Bir müddət əvvəl Milanda keçirilən "Avropa - Asiya" sammitində İtaliya baş naziri və prezidenti də sanksiyalar siyasətini yenidən nəzərdən keçirməyə cəhd göstərmişdilər. Hələlik Avropada bu sanksiyaların ləğvi barədə vahid mövqe yoxdur. Amma sanksiyalara yenidən baxılması qaçılmazdır. Bunu nə qədər tez etsək, bizim üçün bir o qədər xeyirli olar. Avropa Birliyi iqtisadi artım və yeni iş yerlərinin yaradılmasını prioritet elan edib. Böyük ticarət tərəfdaşı olan Rusiyaya sanksiya tətbiq etməklə bu məqsədə necə nail olmaq olar? Bu məqamda Avropa Komissiyasının sabiq sədri Prodinin sözləri yada düşür. O deyirdi ki, “Avropa bu sanksiyaları tətbiq etməklə, özünə qəsd hazırlayıb”. Əlbəttə, bu, ictimai bəyanat idi. Amma əksər avropalılar bu bəyanatla həmrəydirlər. Təsadüfi deyil ki, İtaliya xarici işlər naziri Centilioni bu yaxınlarda etiraf edib ki, Rusiyanı bu gün də strateji tərəfdaş kimi qəbul etməkdə davam edirlər. Ona görə də hesab edirəm ki, Avropa Rusiya ilə strateji tərəfdaşlığı mümkün qədər tez bərpa edilməlidir. Lakin bütün bunlarla yanaşı, məndə belə bir narahat təəssürat yaranmaqdadır ki, hazırda şərqə üz tutan Rusiya, Çin ilə əməkdaşlığın inkişafında və Asiyada daha fəal rol oynamağa başlayıb. Belə olan halda, belə bir sual yarana bilər: “Avropa Rusiyanın nəyinə lazımdır?”
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info