Bakıda “Vergi sistemində şəffaflıq və əməletmə” mövzusunda konfrans
Tarix: 01.12.2014 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda Amerika Ticarət Palatası (Amcham) və Vergilər Nazirliyi birgə təşkilatçılığı ilə IV illik Vergi konfransı keçirilib.
Növbəti vergi konfransı “Vergi sistemində şəffaflıq və əməletmə” mövzusunda olub.
Tədbirin çıxış edən “Amcham-Azərbaycan”ın prezidenti İlqar Vəliyev, vergi orqanları ilə işgüzar dairələr arasında olan əməkdaşlığının genişləndirilməsinin və tərəfdaşlıq münasibətlərinin dərinləşməsinin vacibliyi vurğulayıb. O, bildirib ki, vergi sistemində aparılan islahatlar və ölkənin vergi mühitinin cəlbediciliyinin artırılması biznes dairələri tərəfindən diqqətlə izlənilir: “Maraq doğuran bir çox məsələlər barədə işgüzar dairələr və vergi orqanları arasında müzakirələrin aparılmasına xidmət edir. IV konfransın təşkil edilməsinin əsas məqsədi vergi siyasəti və harmonizasiya, korporativ əməletmə və vergi sisteminin modernləşdirilməsi mövzularında dialoqun yaradılmasıdır”.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda elektron hökumətin qurulması iqtisadi sistemin qurulmasına xidmət edir: “Vergi inzibatçılığının təkmilləşdirilməsi təkcə vergi orqanlarının fəaliyyətində deyil, həm də vergi öhdəliklərinin yerinə yetirilməsinə və könüllü əməletmə səviyyəsinin artmasına müsbət təsir edir”.
Vergi sistemində aparılan islahatlar barədə məlumat verən vergilər nazirinin müşaviri Akif Musayev “Amcham-Azərbaycan” və digər təşkilatlarla keçirilən işgüzar görüşlərin əhəmiyyəti barədə danışıb: “Əvvəlki konfranslarda qaldırılan bir çox məsələlər ətrafında aparılmış müzakirələr ölkədə biznes mühitinin təkmilləşməsinə yardım edir”.
Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Şahin Sadıqov, IV illik Vergilər konfransının sektorlararası dialoqun inkişafına xidmət etdiyini bildirib: “Azərbaycanda vergi sistemi çox ciddi inkişaf edib və hökumət həmişə çalışıb ki, bu inkişafa meylli siyasət qursun. Son illər ölkədə vergi siyasətinin elektronlaşdırılması, elektron hesab-faktura və mobil imzanın tətbiqi vergi sistemində atılmış ciddi addımlardandır. Bu gün Dünya Bankı, dünyanın beynəlxalq reytinq agentlikləri Azərbaycanın vergi siyasətində aparılan işləri yüksək qiymətləndirirlər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info