ÜST-dən QİÇS-lə bağlı “həyəcan siqnalı”
Tarix: 01.12.2014 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı rəsmi məlumat açıqlayıb.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən verilən xəbərə görə, ÜST-yə üzv olan ölkələr 1988-ci ildə Ümumdünya QİÇS-lə mübarizə Gününü təsis etdilər. Ümumdünya QİÇS-lə mübarizə Günü hər il dekabrın 1-də İİV/QİÇS barədə maarifləndirmə və pandemiyaya qarşı beynəlxalq həmrəyliyi nümayiş etdirmək üçün qeyd edilir. Bu gün hökumət və özəl tərəfdaşların pandemiyanın statusu barədə məlumatı yaymaq və İİV/QİÇS üzrə profilaktika, müalicə və qayğının tərəqqisini təşviqləndirmək üçün bir fürsətdir.
Hər il Ümumdünya QİÇS-lə mübarizə Günündə ÜST-nin Avropa üzrə Regional Ofisi ilə Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (ECDC) birlikdə Avropada İİV/QİÇS nəzarətini əhatə edən, bütün 53 üzv dövlətlərdə İİV və QİÇS hallarının sayı da daxil olmaqla, illik hesabat dərc edir. Avropada İİV infeksiyası artmağa davam edir. ECDC (Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi) və ÜST-nin Avropa üzrə Regional Ofisi tərəfindən ən son dərc olunan məlumatlara əsasən 2013-cü ildə, Avropa və Mərkəzi Asiya boyunca 136 000-dən çox yeni İİV halları qeydə alınıb. Bu, 76 000-ə yaxın yeni hal qeydə alınan 2004-cü illə müqayisədə 80% artım olduğunu göstərir. Məlumat verilmiş QİÇS halları son onillikdə AB/AİM (Avropa Birliyi/Avropa İqtisadi Məkanı) üzrə 48% azalma olduğunu göstərdiyi halda, Şərqi Avropa və Mərkəzi Asiyada (EECA) QİÇS-lə yeni qeydə alınanların sayı üç dəfə artıb. Avropanın İİV -ə cavabı epidemiya qarşı mübarizədə geri qalır. 2004-cü illə müqayisədə 80% artıq yeni İİV halları qeydə alınıb.
ÜST-nin Avropa üzrə regional direktoru Zsuzsanna Jakab bildirib ki, Avropa 2015-ci il üçün hədəfi İİV/QİÇS-in yayilmasını dayandırmaq və onu azaltmaq olan Minilliyin İnkişaf Məqsədinə çatmağa nail olmayıb və zaman bitir: “Yaranan sağlamlıq təhlükələri ilə getdikcə çox üzləşməmiz bizə xatırladır ki, İİV/QİÇS-ə qarşı sayıqlığımızın azalmasına imkan verə bilmərik”.
ÜST-nin risk qrupları üçün İİV-in profilaktikası, diaqnostikası, müalicə və qayğı üzrə yeni Ümumiləşdirilmış ÜST rəhbərlikləri 2014-cü il iyulda nəşr edilib. Rəhbərliklər dövlətlər üçün yeni İİV infeksiyalarını azaltmaq və beş risk qrupunun İİV-in müayinə, müalicə və qayğısından yararlanma imkanını artırmaq istiqamətində addımları təsvir edir. ÜST Səhiyyə Nazirliyinin QİÇS-lə Milli Mübarizə Mərkəzini QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun (GFATM) növbəti qrantı üçün “Konseptual təklifin” hazırlanmasında kömək göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info