Vardan Akopyan: “Rejim üsyana qalxmış vətəndaşı qorxutmaq istəyir”
Tarix: 01.12.2014 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Son günlər İrəvanda müxalifətçilərə və ictimai fəallara məxsus 6 avtomobil yandırılıb. Yandırılan maşınlardan 5-i “Predparlament” hərəkatının üzvlərinə məxsus olub və hamısı gecə saat 4-5 arasında yandırılıb.
Əmlakına zərər vurulanlar etirazlarını bildirmək üçün İrəvan şəhər polis idarəsinin qarşısına toplaşıblar. Zərərçəkmiş Vartan Akopyan deyib ki, maşınların hamısı oxşar üsulla yandırılıb: “Bu isə hadisəni eyni cinayətkar qrupun törətdiyini deməyə əsas verir. Karo Engikyanın maşınından başqa digər maşınların hamısının arxa təkərinə maye tökərək yandırıblar. Ona görə arxa təkəri yandırırlar ki, benzin çəni və ya qaz balonu partlasın və maşın tamamilə yansın”.
Onun dediyin görə, maşınlardan biri Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin, digəri polisin idarəsinin binasının qarşısında, qalanları isə həyətlərdə yandırılıb.
V. Akopyan bildirib ki, maşınların üstündə “Predparlament”in emblemi və “Rejimsiz yüzillik” şüarı yazılıb. Həmin maşınlar bir həftə öncə İrəvanda keçirilmiş “Rejimsiz yüzillik" etiraz yürüşünə də qatılıblarmış: “Ermənistan xan rejiminin total nəzarəti altındadır. Bu hadisələri də kriminal elementlərlə çulğaşmış Ermənistan rejimi törədir. Rejim bununla üsyana qalxmış vətəndaşı qorxutmaq istəyir”.
Erməni müxalifətçiləri törədilmiş hadisədə polisi və xüsusi xidmət orqanlarını ittiham ediblər. Onlar buna sübut kimi polisin müraciətlərini diqqətə almamasını və araşdırma aparılmamasını göstəriblər.
İrəvan polisindən isə hadisənin araşdırıldığı bildirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info