DİN işçiləri Mingəçevirdə toplaşdı
Tarix: 01.12.2014 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Mingəçevir Şəhər Polis Şöbəsində respublikanın Şimal-Qərb, Şirvan, Aran və Qarabağ bölgələrinin ərazi polis orqanlarının xidmət üzrə rəis müavinlərinin, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları əməkdaşlarının iştirakı ilə növbəti zona müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, toplantıda cari ilin ötən dövründə aidiyyəti xidmət tərəfindən görülən işlər, o cümlədən bələdiyyə seçkiləri ilə bağlı polis orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə olunub.
Müşavirədə respublika daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev iştirak edib.
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev görülən işlər və xidməti fəaliyyətdə buraxılmış nöqsanların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə ilə çıxış edib.
Daha sonra mövzu ətrafında müxtəlif çıxışlar dinlənilib, müzakirə və fikir mübadiləsi aparılıb.
Tədbirə yekun vuran polis general-mayoru İsmət Əliyev qeyd olunmuş iradlardan düzgün nəticə çıxarılmasının zəruriliyini bildirib, bələdiyyə seçkilərinədək səsvermə hüququ olan bütün vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsinin, eyni zamanda, görülən işlər barədə kütləvi informasiya vasitələrinin xətti ilə ölkə ictimaiyyətinin mütəmadi olaraq məlumatlandırılmasının vacibliyi barədə müşavirə iştirakçılarına DİN rəhbərliyinin tövsiyələrini çatdırıb, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində səyləri gücləndirməyi tələb edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info