Abe sülh məsələsində Putinin Yaponiyaya olacaq səfərinə ümid edir
Tarix: 01.12.2014 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Yaponiyanın Baş naziri Şinzo Abe Hokkaydo adasında yerləşən Nemuro şəhərinin meri Şunsuke Haseqava ilə görüşündə bildirib ki, “nəyin bahasına olursa olsun” Rusiya ilə ərazi münaqişəsinin həllinə və II Dünya müharibəsinin nəticəsi olaraq sülh müqaviləsinin imzalanmasına çalışacaq.
Baş nazir qeyd edib ki, “şimal torpaqları ilə əlaqədar problemin həllinə və sülh müqaviləsinin imzalanmasına” nail olmaq niyyətindədir.
Kyodo informasiya agentliyinin bildirdiyinə görə, Ş.Abe deyib: “Bir siyasətçi və Baş nazir olaraq mənim missiyam nəyin bahasına olursa olsun buna nail olmaqdır”.
Nemuro şəhərinin meri isə cavabında bildirib ki, problemin tezliklə həlli üçün iki ölkənin liderləri arasında xoş əlaqələr qurulmalıdır. Ş.Haseqava deyib: “Siz Rusiya Prezidenti ilə artıq yeddi dəfə görüşmüsünüz və mən çox istəyirəm ki, siz bu problemi Baş nazir olduğunuz müddətdə həll edəsiniz”.

Pekində iki ölkənin liderləri arasında əldə edilmiş razılaşmanı alqışlayan Nemuronun meri ümid etdiyini bildirib ki, ərazi mübahisəsinin həlli və sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyişə Rusiya Prezidentinin Yaponiyaya gələn il gözlənilən səfəri zamanı nail olmaq olar.
Yaponiya Rusiya ilə 1855-ci ildə imzalanmış Ticarət və Sərhədlər Barədə İkitərəfli Traktata uyğun olaraq Kuril silsiləsinə daxil olan İturup, Kunaşir, Şikotan adalarına və Habomai arxipelaqına iddialıdır. Tokio II Dünya müharibəsinin sonunda Rusiya ilə hələ də imzalanmamış sülh müqaviləsinin bağlanması üçün həmin adaların qaytarılmasını tələb edir. Rusiya isə Cənubi Kurilin müharibənin nəticəsi olaraq SSRİ-nin tərkibinə daxil edildiyini bildirir və Rusiyanın həmin adalar üzərində suveren hüququnun beynəlxalq hüquq normalarına uyğun olduğunu və heç bir şübhə doğurmadığını iddia edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info