“Tribute International” Azərbaycandan yazıb
Tarix: 01.12.2014 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Pakistanın “Tribute International” jurnalının noyabr nömrəsində Azərbaycanla bağlı məqalələr dərc edilib.
Jurnalın üz qabığında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəkilləri əks olunub.
Nəşrdə Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda həyata keçirilən layihələr, Azərbaycanın Konstitusiya Günü haqqında geniş məqalələr dərc olunub.
Jurnalist Bilal Şəhidin “Mehriban Əliyevanı alqışlayırıq” adlı məqaləsində Fondun 2005-ci ildə Pakistanda baş verən dağıdıcı zəlzələdən sonra bu ölkədə xeyriyyə tədbirləri həyata keçirdiyi və 2007-ci ildə Müzəffərabad şəhərində 500 nəfərlik qızlar məktəbi inşa etdirdiyi bildirilib.
Məqalədə qeyd edilib ki, 2012-ci ildən başlayaraq Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə genişmiqyaslı layihələrin həyata keçirilməsinə başlanılıb. Bu proqram çərçivəsində Pakistanın Edhi Home kimsəsizlər evində sığınacaq tapan uşaq və ahıllara B hepatitinə qarşı pulsuz peyvənd kompaniyası aparılıb, Akbar Care Serebral İflic İnstitutunda, Lakki Marvat uşaq və qadın xəstəxanasında pulsuz müayinələr təşkil edilib, Hamza Fonduna 2000 ədəd qanköçürmə paketi və bir təcili yardım avtomobili hədiyyə edilib, Xayber Göz Fondu, Saif xeyriyyə fondları ilə də bir sıra layihələr həyata keçirilib. Məqalədə Lahor şəhərinin Ancuman Süleyman kimsəsiz uşaqlar evinə yardımlar edildiyi və yenidənqurma işlərinin aparıldığı qeyd olunub.
Dera İsmail Xan bölgəsində “Heydər Əliyev Su Təchizatı layihəsi”nin həyata keçirildiyi bildirilən yazıda Mehriban Əliyevanın dəstəyi ilə “Yaşıl kənd” layihəsi çərçivəsində Pəncab əyalətinin Qucar Xan bölgəsinin Soheyl Xinger kəndində bərpa olunan enerji ilə işləyən su təchizatı sisteminin inşa edildiyi vurğulanıb.
Müəllif Fondun Müzəffərabad şəhərində tikilmiş məktəbin təchizatı məsələsinin daim diqqət mərkəzində saxlandığını, orada yenidənqurma işlərinin aparıldığını və 2012- ci ildə məktəbə Mehriban Əliyevanın adının verildiyini bildirib.
Məqalədə Pakistanda həyata keçirdiyi layihələrə görə Heydər Əliyev Fondunun prezidentinin bir sıra mükafatlarla təltif olunduğu da qeyd edilib. Həmçinin Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bütün bu layihələrin Pakistan xalqı tərəfindən yüksək qiymətləndirildiyi, bunun isə dövlətlərimiz arasında münasibətlərin inkişafına xüsusi təkan verdiyi vurğulanıb.
Raca Caved Battinin “12 noyabr Azərbaycanın Konstitusiya Günüdür” adlı məqaləsində isə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının tarixindən bəhs edilib. Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən də söhbət açılıb. Həmçinin Azərbaycan Konstitusiyasının bəzi maddələrindən çıxarışlar verilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info