Deputatlarımız erməni təxribatının qarşısını alıblar
Tarix: 01.12.2014 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Azərbaycanlı deputatlar MDB Parlamentlərarası Assambleyasında ermənilərin təxribatının qarşısını alıblar. Bu barədə “Trend”ə Milli Məclisin deputatı Elmira Axundova bildirib.
Millət vəkili deyib: "Noyabrın 27-28-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 41-ci plenar iclası keçirilirdi. İclasdan bir gün əvvəl Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə komissiyanın iclasında gərgin an yaşandı. Mən komissiyanın iclasında iştirak etdim və əsasən Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında baş verən mübahisənin şahidi oldum. Məsələ ondadır ki, Ermənistan tərəfi komissiyaya "Beynəlxalq münasibətlərdə iqtisadi, ticarət, maliyyə və nəqliyyat blokadasının dayandırılması zərurəti haqqında” bəyanat layihəsi təqdim edib".Onun sözlərinə görə, Ermənistanın vitse-spikeri Ermine Naqdalyan komissiyanın iclasında çıxış edərək Ukrayna ətrafında baş verən son hadisələrin fonunda bu bəyanatın qəbul edilməsinin aktuallığını əsaslandırmağa cəhd göstərib: “Bu zaman Naqdalyan deyib ki, Ermənistan üçün bu bəyanat aktual deyil, çünki "ölkə artıq 25 ildir ki, qonşu dövlət tərəfdən blokadaya alınıb və buna öyrəşib”.
Deputatın sözlərinə görə, Azərbaycanın nümayəndə heyəti bu bəyanatın qəbul edilməsinə qarşı çıxıb: "İclasda çıxış edən deputat Rüfət Əliyev və PAA-da Milli Məclisin nümayəndəsi Aydın Cəfərov sərt şəkildə bəyan ediblər ki, blokadanı mühakimə etməzdən əvvəl onun səbəbləri barədə danışmaq lazımdır. Səbəblər isə Azərbaycanın işğal olunmuş ərazilərindən və Ermənistanın təcavüzkar siyasətindən ibarətdir. Azərbaycanlı deputatların mövqeləri ilə Moldova və Qazaxıstanın nümayəndələri də razılaşdı. Nəticədə erməni tərəfinin bütün səylərinə baxmayaraq, məsələ gündəlikdən çıxarıldı. Naqdalyan Ermənistanın vurulub salınan helikopteri haqqında məsələ qaldırmaq istəsə də, komissiya üzvləri tərəfindən bu cəhdin qarşısı alındı”. Bundan əlavə, Axundova bildirib ki, plenar iclas çərçivəsində Azərbaycanın xalq yazıçısı Anara Çingiz Aytmatov adına mükafat təqdim edildi. Onun sözlərinə görə, hər şey təntənəli şəkildə tərtib olunmuşdu və yazıçıya mükafatı RF Federasiya Şurasının sədri Valentina Matviyenko və Qazaxıstan parlamentinin rəhbəri təqdim ediblər: “Anar çox dolğun nitq söylədi. O, 1941-ci ildə Leninqradın mühasirəsi zamanı alimlərin Nizaminin 800 illiyinə həsr olunmuş tədbir keçirdiklərindən, eləcə də Rusiyanın birinci Dövlət Dumasındakı ilk müsəlman fraksiyasında görkəmli həmyerlimiz Əlimərdan bəy Topçubaşovun olmasından danışdı. Yeri gəlmişkən, bu yaxınlarda Əlimərdan bəyin büstü hazırda MDB PAA-nın mənzil-qərargahının və ХХ əsrin əvvəlində birinci Dövlət Dumasının yerləşdiyi Tavrida sarayında qoyulub”.
Onun sözlərinə görə, Anara Çingiz Aytmatov adına mükafatın təqdim edilməsi haqqında ilkin qərar MDB PAA-nın Mədəniyyət, turizm, informasiya və idman üzrə komisiyyasının Bakıda keçirilən iclasında qəbul edilib: "Bu qərarın qəbul edilməsində bizim MDB PAA-dakı nümayəndəmiz və strukturda yüksək hörmətə malik Aydın Cəfərov böyük oynayıb".
Deputat qeyd edib: "Ümumilikdə, MDM PAA-nın plenar iclası bizim üçün çox əlverişli keçdi, Azərbaycanın nümayəndə heyətinin üzvlərinin hamısı komissiyaların işində Azərbaycanın milli maraqlarını müdafiə edərək ölkəni ləyaqətlə təmsil etdilər".




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info