Litvadakı tədbirdə Azərbaycan stendi ən çox ziyarət edilən stendlərdən biri olub
Tarix: 01.12.2014 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Azərbaycanın Litvadakı səfirliyi bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin iştirakı ilə Vilnüs şəhər Ratuşasında keçirilmiş 12-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak edib.
Səfirlikdən verilən məlumata görə, ənənəvi yarmarkanın məqsədi litvalıların Vilnüsdə akkreditə olunmuş xarici dövlətlərin tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanışlığına şərait yaradılması ilə yanaşı, iştirakçılar tərəfindən satışa çıxarılan milli məhsullardan əldə olunan vəsaitin ölkənin uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına verilməsidir.
Azərbaycan üçün ayrılmış stenddə milli suvenirlər, xalçalar, kəlağayılar, ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, lavaş, narşərab, şirniyyatlarımızdan paxlava və şəkərbura, həmçinin müxtəlif içkilər, meyvə şirələri, mineral sular nümayiş etdirilib.
Xeyriyyə yarmarkasının açılışında Litvanın sabiq Prezidenti Valdas Adamkus da iştirak edib. Açılış mərasimindən sonra Azərbaycana aid stendə yaxınlaşan Litva rəsmilərinə səfir Həsən Məmmədzadə nümayiş olunan məhsullar barədə məlumat verib.
Qırxdan artıq diplomatik nümayəndəlik və xarici təşkilatın təmsil olunduğu yarmarkada Azərbaycanın stendi ən çox ziyarət edilən stendlərdən biri olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info