Gəncə “ASAN xidmət”i 330 mindən çox sakinə xidmət göstərəcək
Tarix: 01.12.2014 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Gəncə “ASAN xidmət” mərkəzinin əhatə dairəsi genişləndirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, dekabrın 1-dən etibarən Dövlət Agentliyinin tabeliyində olan Gəncə “ASAN xidmət” mərkəzi Tovuz, Qazax və Ağstafa rayonlarının ümumi sayı 330 mindən çox sakininə də xidmət göstərəcək. Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri Gəncə “ASAN xidmət” mərkəzinə müraciət etməklə aşağıdakı xidmətlərdən yararlana biləcəklər:
- doğumun qeydə alınması;
- ölümün qeydə alınması;
- nikahın qeydə alınması;
- nikahın pozulmasının qeydə alınması;
- övladlığagötürmənin qeydə alınması;
- atalığın müəyyən edilməsinin qeydə alınması;
- adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;
- notariat fəaliyyəti;
- xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair apostil verilməsi üçün sənədlərin qəbulu;
- ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- məhkumluq barədə arayışların verilməsi;
- hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
- gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;
- əcnəbilərə və vətəndaşlığı olmayan şəxlərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi;
- torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
- yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;
- funksional yardımçı xidmətlər;
- dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.
2013-cü ilin dekabr ayından fəaliyyətə başlayan və 450 mindən çox müraciəti qəbul edən Gəncə “ASAN xidmət” mərkəzi Gəncə şəhəri ilə yanaşı, Şəmkir, Goranboy, Göygöl, Gədəbəy, Kəlbəcər, Xocalı, Samux, Daşkəsən rayonlarının və Naftalan şəhərinin sakinləri olan vətəndaşlara da xidmət göstərir.
“ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək fasiləsiz fəaliyyət göstərir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumatı 108 Çağrı mərkəzinə zəng etməklə və ya www.asan.gov.az internet səhifəsindən əldə etmək olar.
Respublikanın istənilən regionundan stasionar telefonlardan "108" nömrəsini ödənişsiz, mobil operatorlardan isə ödənişli olaraq "Azercell" və "Nar" nömrələrindən "108", «Bakcell» nömrələrindən isə "012 108" yığmaqla “Çağrı” mərkəzinin xidmətlərindən yararlanmaq mümkündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info