Bakıda QDİƏT-in İşçi qrupunun iclası keçirilir
Tarix: 01.12.2014 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunda (Organization of the Black Sea Economic Cooperation - BSEC, Working Group on Cooperation in Science and Technology) 2014-cü il 1 iyul – 2016-cı il 30 iyun müddəti üçün Ölkə əlaqələndiricisi kimi fəaliyyət göstərəcək. Bu müddət ərzində isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Ölkə əlaqələndiricisi adından QDİƏT-in Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun fəaliyyətini əlaqələndirəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə 2014-cü il dekabrın 1-də QDİƏT Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun yüksək səviyyəli iclası öz işinə başlayıb. İclasda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 2 və 4 illik Fəaliyyət Planları, Bəyannamə, digər müvafiq sənədlər müzakirə olunur. 2 gün davam edəcək iclasda müzakirə olunan planlar və bəyannamə QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin 2014-cü il 3 dekabr tarixində baş tutacaq yüksək səviyyəli iclasında qəbul olunmaq üçün təqdim ediləcək. İclasın işinə QDİƏT-ə üzv olan Azərbaycan, Türkiyə, Serbiya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Moldova, Ukraynadan yüksək səviyyəli ekspertlər qatılıb. İclasda həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda yerləşən Daimi Katibliyinin rəhbərliyi, Təşkilatın Parlament Assambleyasının, Yunanıstanda fəaliyyət göstərən Qara Dəniz Tədqiqatları Beynəlxalq Mərkəzinin, üzv dövlətlərin Bakıdakı səfirliklərinin nümayəndələri iştirak edirlər. 3 dekabr iclasında bir neçə ölkənin elm və texnologiya üzrə nazirlərinin iştirakı gözlənilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info