Gəncədə beynəlxalq konfrans keçirilib
Tarix: 01.12.2014 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Noyabrın 27-də Gəncədə UNICEF-in Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsi çərçivəsində “Könüllülük, qərar qəbul etmədə gənclərin iştirakı” üzrə Beynəlxalq konfrans keçirilib. Konfransda layihə çərçivəsində Azərbaycanın 14 şəhər və rayonunda yaradılmış gənclərdən ibarət dəstək qruplarının təmsilçiləri, həmin şəhər və rayonların icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Bundan əlavə, konfransda iştirak edənlər arasında Gənclər və İdman Nazirliyinin, BAMF-ın nümayəndələri və 8 MDB ölkəsindən gələn gənclərdən ibarət nümayəndə heyəti də olub.
Azərbaycan gənc dövlətdir və bu gün ölkəmizdə gəncliyin inkişafı üçün produktiv mühit mövcuddur. Gündən-günə Azərbaycanda həyata keçirilən gənclərlə bağlı layihələrin sayı artmaqdadır və bu layihələr gəncliyin inkişafına öz müsbət təsirini göstərməyə bilməz. Bu uğurlu layihələrdən biri də 2013-cü ildən həyata keçirilən Azərbaycan Gənclərinə Dəstək proqramı layihəsidir.
“Azərbaycan gənclərinə dəstək proqramı” layihəsi Gəncədə keçirilən Beynəlxalq konfransı ilə Azərbaycan gəncliyi üçün önəmli çəkiyə malik olduğunu bir daha göstərdi. Əsas məqsədi mövcud problemlərə gənclərin gözü ilə baxmaq və bu problemlərin həlli yollarını gənclərlə birlikdə araşdırmaq və onların həlli üçün rayon, şəhər rəhbərliklərinin gənclərə dəstəyini bir araya gətirmək olan layihə düşünürəm ki, Azərbaycan gəncliyi üçün çox önəmli nəticələr verəcək, gənclərdə idarəçilik, liderlik, özünü ifadə etmə keyfiyyətlərini inkişaf etdirməklə onlarda gəncliyin inkişafı istiqamətində könüllü fəaliyyətlərinin genişləndirilməsinə güclü stimul yaradacaqdır. Həmçinin bu layihənin Azərbaycan gənclərini dünya gəncləri ilə bir araya gətirməsi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan gənclər siyasətinin uğurlarından sayılmalıdır . Ümummilli liderimiz Heydər Əliyev dəfələrlə çıxışları zamanı qeyd etmişdi: “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”.
Bu gün gənclərimiz Azərbaycanın inkişafı naminə fəaliyyətlərini düzgün istiqamətə yönəltməyi bacarırsa və bu istiqamətdə onlara olan ümidləri doğruldurlarsa, bu, dünyaya nümunə olan Azərbaycan gəncliyin və ümumilikdə Azərbaycanın uğurudur.
Ucar rayon icra hakimiyyəti başçısının Xələc İƏD baş məsləhətçi - baş mühasibi, Gənclik Akademiyası İctimai Birliyinin Sədri Kazım Məmmədov




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info