Ağsu və Yevlaxda məktəblilərlə ağac əkmə aksiyası keçirilib
Tarix: 01.12.2014 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Ağsu və Yevlax şəhərlərində ağac əkmə aksiyası həyata keçirib. “Ağac əkək, təbiətə nəfəs verək!” şüarı altında həyata keçirilən aksiyada yüzə qədər məktəbli və müəllim heyəti iştirak edib. Tədbirin məqsədi gənc nəslə meşələrin təbiətdə rolu, onların əhəmiyyəti, iqlim dəyişmələrinin təbiətə mövcud təsirləri haqqında maarifləndirmək və təbiətin oksigen mənbəyi olan meşələrə qayğı ilə yanaşmalarını təbliğ etmək olub. Qeyd edək ki, “Ağac əkək, təbiətə nəfəs verək!” aksiyası WWF-Azərbaycan Nümayəndiliyinin icra etdiyi “Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin iqlim dəyişmələrinə qarşı dözümlülüyünün artırılması” layihəsi çərçivəsində təşkil edilmişdir. Layihənin əsas məqsədi cənubi Qafqazda meşə ekosistemlərinin iqlim dəyişmələrinin təsirinə qarşı dözümlülüyünü artırmaq, biomüxtəlifliyi zənginləşdirməkdir və iqlim dəyişmələrinin yarada biləcəyi təhlükələri qabaqlamağı nəzərdə tutur. Yevlax və Ağsu şəhərlərindəki 150 ha layihə sahələrində 80 mindən çox yerli ağac növləri əkilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info