Məhəmmədrəsul Məcidov qələbə ilə başladı
Tarix: 01.12.2014 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


Bakıda AİBA Pro Boxing (APB) turnirinin 69 və +91 kq çəki dərəcələrində növbəti döyüşlər keçirilib.
Rio-de-Janeyro-2016-ya lisenziya xarakterli yarışın II turu Azərbaycan boksçuları üçün uğurlu alınıb. Belə ki, 69 kq çəki dərəcəsində Tamerlan Abdullayev APB seriyasında özünün və ölkəmizin ilk qələbəsini qazanıb. Dəfələrlə Azərbaycan çempionu olan boksçumuz macarıstanlı Qyula Kateni 2:1 hesabı ilə məğlub edib. Bu çəkidə, həmçinin türkiyəli Onur Sipal keniyalı Rayton Okviriyə, avstriyalı litvalı Eimantas Stanionis Markos Naderə və rusiyalı Andrey Zamkovoy ukraynalı Denis Lazerevə qalib gəlib. 2 qat dünya çempionumuz, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da Beynəlxalq Boks Federasiyasının yeni proyektinə qələbə ilə başlayıb. Təxminən 1 illik fasilədən sonra yenidən rinqə çıxan və yarışa II turdan start verən təmsilçimiz ukraynalı Sergey Verveykonu məğlub etməkdə çətinlik çəkməyib. Superağır çəkidə yığmamızın əsas üzvü adəti üzrə görüşü vaxtından əvvəl texniki nokautla bitirib. Bu qarşılaşmadan əlavə keçirilən 3 döyüşdə Məhəmməd Arjoui (Mərakeş) Mixay Nistorudan (Rumıniya), Məhəmməd Omarov (Rusiya) Samir Əhməddən (Misir), Erik Pfeyfer (Almaniya) Toni Yokadan (Fransa) üstün olub.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info