Şəhriyar Məmmədyarov dünyanın 3 ən güclüsü arasında
Tarix: 01.12.2014 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Dekabr üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb. Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Həmyerlimiz son yarışlardakı uğurlu çıxış sayəsində 2 rəqibini qabaqlamaqla, 11-ci yerə yüksəlib.
Onun aktivində 2765 xalı var. Məmmədyarovdan fərqli, Teymur Rəcəbov mövqeyini qoruyub. Kifayət qədər turnirlərə qatılmayan həmyerlimiz 2734 xalla yenə 21-cidi. Yığmamızın liderlərindən olan Rauf Məmmədov (2658) ötən ay “Top-100”ü tərk etsə də, yenidən ən güclülər sırasına qayıdıb. Həmyerlimiz bu dəfəki siyahıda 94-cü yerdədi. Reytinq cədvəlinin ilk “üçlüyü”ndə müvafiq olaraq, Maqnus Karlsen (Norveç, 2862), Fabiano Karauna (İtaliya, 2844) və Aleksandr Qrişuk (2810) qərarlaşıb. FİDE, həmçinin rapid və blits növləri üzrə də reytinq cədvəlini yeniləyib. Sürətli şahmatçıların “100-lüy”ündə 4 təmsilçimiz yer alıb. Burada Teymur Rəcəbov 12-ci (2776), Şəhriyar Məmmədyarov (2739) 20-ci, Qədir Hüseynov (2709) 40-cı, Rauf Məmmədov (2707) 42-cidi. Siyahıya 2858 xalla italiyalı Fabiano Karuana başçılıq edir. Blits növündə isə Məmmədyarov ilk “üçlüyü” qapayır. Qrossmeysterimiz (2866) Karlsen (2948) və Hikaru Nakamuradan (ABŞ, 2906) geri qalır. Bu siyahıda Rəcəbov (2715) 36-cı, Eltac Səfərli (2676) 71-ci, Hüseynov (2653) 96-cı pillədədi.
Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info