Roqozindən çağırış
Tarix: 01.12.2014 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Moldovada bazar günü keçirilən parlament seçkilərində səslərin hesablanmasının ilkin nəticələri göstərir ki, ölkə əhalisi Avropa ilə Rusiya arasında seçim qarşısında qalıb. Daha dəqiq desək, iki cəbhəyə bölünüb. Bununla belə, seçkinin ilkin nəticələri az da olsa, Avropanı seçənlərin üstünlüyü ilə başa çatıb. Qeyd edək ki, Moldova parlamentinə seçiləcək 101 deputat yeri uğrunda ölkədəki üç qərbmeyilli partiya mandatların 54-nü əldə etmək üçün mübarizə aparır. Hadisələrin gedişində müşahidəçilərin də qeyd etdiyi kimi, maraqlı məqam ondan ibarətdir ki, qalib gələcəkləri təqdirdə, bu partiyalar öz aralarında koalisiya yaratmağa nail ola biləcəklərmi?
Hazırda isə son hesablamalara görə, ölkədə fəaliyyətdə olan Sosialist Partiyası 21,61%-lə liderliyini saxlayır. İkinci yerdə 19,29% səslə Liberal Demokrat Partiyası, üçüncü yerdə isə bir vaxtlar Moldovanın prezidenti olmuş və hazırda ölkədəki Kommunist Partiyasına rəhbərlik edən Vladimir Voroninin partiyasıdır. Ölkə əhalisinin 17,85% -i seçkilərdə kommunistlərə dəstək veriblər.
Lakin bütün bunlara rəğmən, Kişinyovda cərəyan edən hadisələr deməyə əsas verir ki, hazırkı qərbmeyilli hökumət Avropa Birliyinə yaxınlaşmaq üçün çalışır. Moskva isə ölkənin hazırkı kursunu dəyişməyə, yanlış olduğunu Moldovanın dövlət orqanlarınına inandıracağına ümid edir. Xatırlayırsınızsa, bu ilin yayında Moldovanın Ukrayna və Gürcüstanla birlikdə Avropa Birliyi ilə imzaladığı assosiativ saziş Rusiya tərəfindən biritərəfli qarşılanmamışdı. Belə ki, Moldovanın bu addımı iki ölkə arasında azad ticarət zonası ilə bağlı razılaşmanın həyata keçirilməsinin təxirə salınması ilə nəticələnmişdi. Bir daha qeyd edək ki, bir müddət bundan əvvəl Ukraynanın belə bir addımı, Rusiyanın təkidli iradından sonra Ukrayna hakimiyyətinin güzəştə getməsi ilə nəticələnmişdi.
Bu arada Moldovadakı parlament seçkilərinə münasibət bildirən Rusiya Baş nazirinin müavini Dmitri Roqozin özünün “Twitter”dəki mikrobloqunda Moldova hökumətinə Avropa Birliyi ilə yaxınlaşması mövqeyində düzgün düşünmək üçün çağırış edib. O, səsvermədən bir qədər əvvəl, səsləri ləğv edilmiş «Patria» Partiyasının üzvlərinin və Rusiyada miqrant həyatı yaşayan 700 mindən artıq moldovana Kişinyovun dövlət orqanları tərəfindən səs vermələrinə imkan verilmədiyini nəzərə çatdırıb.
Qeyd edək ki, Moldova hakimiyyəti seçkilərlə bağlı Rusiyada -ikisi Moskvada, Sankt-Peterburq, Soçi və Novosibirskdə olmaqla beş seçki məntəqəsi açmışdı. Bununla belə, Moldova müxalifət partiyalarının nümayəndələri Rusiyada çalışan miqrantların sayını nəzərə alaraq daha çox seçki məntəqəsinin açılmasını tələb edirdilər. Lakin bütün bunlara baxmayaraq, Rusiyadakı Moldova vətəndaşlarının böyük hissəsi seçki bülleteninin çatışmazlığı üzündən səs verə bilməyiblər. Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin də seçkilərdə baş vermiş neqativ hallara rəğmən bildirib ki, səsvemədən kənarda qalan miqrantlar verilmiş səslərin nəticələrinə böyük təsir göstərə bilərdilər.
Daha bir önəmli məsələ, Moldovada məskunlaşan qaqauzlarla bağlıdır. Xatırladaq ki, Moldovanın 160 min əhalisi olan Qaqauz muxtariyyəti fevral ayında keçirilən referendumda Gömrük İttifaqına qoşulmağın lehinə səs versə də, həmin vaxt Moldova hökuməti Avropaya inteqrasiya yolunu tutmuşdu. “Euronews” telekanalının verdiyi xəbərə görə, budəfəki parlament seçkilərində Qaqauzda müxalif solçu kommunist və sosialist partiyalarının, həmçinin muxtariyyət liderinin başçılıq etdiyi “Moldovanın seçimi - Gömrük İttifaqıdır” blokunun qələbəsi şübhə doğurmur. Moldova Mərkəzi Seçki Komissiyası bülletenlərin 86 faizini hesabladıqdan sonra seçkilərdə Avrasiya inteqrasiyasının tərəfdarı olan sosialistlərin və kommunistlərin liderlik etdiyi bildirilir. Ekspertlər ölkədə Avropameyilli qüvvələrin qələbə qazanacağı təqdirdə, Qaqauzda 90-cı illər ssenarisinin təkrar olunacağını və muxtariyyətin müstəqillik elan edə biləcəyini istisna etmirlər.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İranın Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb
21.02.2019
Paşinyan yeni müxalifət formalaşdırmaq istəyir
21.02.2019
Türkiyə Ermənistanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info