“Əli Kərimli haqqında nə vaxtsa dediyim bütün müsbət fikirlərdən imtina edirəm”
Tarix: 01.12.2014 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


“Bəyan edirəm ki, bu adam Azərbaycan siyasətinin qara yarasıdır. O yerdə ki, Əli Kərimli var, orada çirklilik, şantaj, rüşvət və
reketlik var”

“İş o yerə gəlib çatıb ki, Əli Kərimli artıq mənim onun haqqında 2003-cü ildə həbsxanadan yazdığım və kitaba saldığım müsbət qeydləri belə şantaj alətinə çevirir. Mən artıq bəyan edirəm ki, Əli Kərimli haqqında nə vaxtsa dediyim bütün müsbət fikirlərdən imtina edirəm, o fikrilərin hər birinin qabağına “na” sözü əlavə edirəm. Bəyan edirəm ki, bu adam Azərbaycan siyasətinin qara yarasıdır. Onu ancaq amputasiya əməliyyatı edib, götürmək lazımdır. Yoxsa Azərbaycan siyasəti heç zaman dinclik və mənəvi dəyər qazanmayacaq. O yerdə ki, Əli Kərimli var, orada çirklilik, şantaj, rüşvət və reketlik var. Media gücündən istifadə edərək, iqtidar məmurlarından rüşvət alan birisinin özünə siyasi lider, demokrat deməsi qeyri-mümkündür və mən bu adamın ifşası üçün mümkün olan hər şeyi edəcəyəm”.
Bunu APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və funksionerləri ilə yaranan qalmaqala münasibət bildirərkən deyib. R.Arifoğlu bildirib ki, Ə.Kərimli və AXCP təxminən 17 ildir ki, “Yeni Müsavat” qəzeti ilə savaş halındadır. Onun sözlərinə görə, uzun müddətdir davam edən söz atışması artıq pik həddinə çatıb: “Arada müəyyən fasilələr, yaxınlaşmalar olub, lakin yenidən bu cür toqquşmalar davam edib. İndi həmin toqquşmaların və mənəvi terror prosesinin pik həddini yaşayırıq. Bir partiya lideri ilə müstəqil qəzetin redaktoru və kollektivi arasında söz atışması gedir. Buna onlar başlayıblar, daha çox ağır ittihamlar irəli sürürlər. Sosial şəbəkələrdə hətta bizim valideynlərimizi belə, təhqir etməkdən çəkinmirlər. Biz isə hər kəsin valideyninə cansağlığı, ölənlərə rəhmət arzulayaraq, özlərinin yazdıqlarına cavab veririk”. R.Arifoğlu “Musavat.com” saytının rus dili versiyasında belə, AXCP-ni tənqid etməsi barədə ittihamlara da münasibət bildirərək, bu cür ittihamları gerilikçi düşüncənin məhsulu kimi dəyərləndirib: “Bildiyiniz kimi, saytın rus dilində versiyası fəaliyyət göstərir və Azərbaycan dili versiyasında nə çap olunursa, onun bir qismi bacardığımız qədər rus dili versiyasında da yayılır. Buna görə də kimisə artıq rus dilində tənqid edirik demək, gerizəkalılıqdır”.
Onun sözlərinə görə, AXCP sədri müxalifət düşərgəsinə tam sahib olmaq üçün “Yeni Müsavat” qəzetini sıradan çıxarmağa çalışır. R.Arifoğlu qeyd edib ki, burada məqsəd həm də Müsavat Partiyasının parçalanmasıdır: “Əli Kərimli hesab edir ki, “Yeni Müsavat” qəzeti onun müxalifət düşərgəsinə tam və şəriksiz sahiblənməsi üçün yeganə baryerdir. Hətta bizdə dəqiq məlumat var ki, bu barədə onun yaxın ətrafında müzakirələr gedib. Məhz bu sahiblənmənin önünü kəsən qüvvəni sıradan çıxarmaq üçün bir hücum başlanıb. Hətta Əli Kərimlinin özü və yaxın çevrəsi bildiriblər ki, Müsavat Partiyası problemlər içində olduğundan artıq rəqib deyil, “Yeni Müsavat” qəzeti olmasa, Müsavat Partiyasının parçalanması, narazı kəsimin AXCP tərəfə cəlb edilməsi və partiyanı tamamilə zəiflədərək, müxalifət düşərgəsində təşəbbüsün ələ alınması mümkün olar. Məhz bu səbəbdən də bizim qəzetə və şəxsən mənə qarşı hücum var, mənəvi terror mühiti yaşayırıq. Mən bu cür vəziyyətə etiraz edirəm, bu, demokratiya, azadlıq deyil. Mən artıq kimin kim olduğunu cəmiyyətə göstərmək niyyətindəyəm ki, Əli Kərimli və onun timsalında olan funksionerlər, müxalifət təmsilçiləri demokrat deyil, şantajçıdırlar. Bu adamlar Azərbaycan milli azadlıq hərəkatının yeganə uğurlu layihəsi, müstəqil qəzet olan və qəzetçilər tərəfindən idarə olunan bir qəzetə hücum edirlər və onu sıradan çıxarmaq istəyirlər”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info